Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.