Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk endoprotez əməliyyatı icra edilib

post-img

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 78 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının bipolyar artroplastikası (endoprotez) əməliyyatı uğurla başa çatıb. Məlumatı TƏBİB verib.

Yıxılma səbəbilə xəstəxanaya müraciət edən və sol bud sümüyünün boynunun sınığı diaqnozu qoyulan pasiyentdə yanaşı xəstəliklər aşkarlanmasına baxmayaraq, əməliyyat sırasında çətinliklər yaşanmayıb. 

Tibb müəssisəsinin həkim-travmatoloqu Elcan Mirzəzadə tərəfindən həyata keçirilən bu ağır əməliyyat sözügedən xəstəxanada ilk dəfə icra olunub. 

Əməliyyatdan sonra pasiyentə hər cür zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Rizvan FİKRƏTOĞLU
XQ



Səhiyyə