Dekan:
“Sosial menecment” fakültəsi.
Sənədlər elan qəzetdə dərc olunduğu gündən bir ay ərzində təqdim edilməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına ərizə.
2. Kadrlar uçotunun şəxsi vərəqəsi.
3. Tərcümeyi-hal.
4. Dekan profilinə uyğun olaraq ali təhsil, alimlik dərəcəsi və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri.
5. Elm və elmi-metodiki işlərin siyahısı.
6. Dekanın müvafiq struktur bölmənin inkişafı ilə əlaqədar platforması.
7. 4x6 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.
8. Şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədləri bir ay ərzində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin insan resursları şöbəsinə təqdim etmək lazımdır. Ünvan - AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, 103 nömrəli otaq.
Yaranan suallarla bağlı Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə müraciət etmək lazımdır. Telefon- 564-42-33 (dax. 115)
Məlumat ATMU-nun web səhifəsində də ( www.atmu.edu.az) yerləşdirilmişdir.
Qeyd – dekan vəzifəsinə namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Rektorluq