Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC
“Heydər Əliyev və Azərbaycan tarixi” kitabının növbəti nəşrinin və “Heydər Əliyev” monoqrafiyasının təqdimatının keçirilməsinin satın alınması” məqsədilə
TƏKLİFLƏR SORĞUSU ELAN EDİR
Lot – 1. “Heydər Əliyev və Azərbaycan tarixi” kitabının növbəti nəşrinin və “Heydər Əliyev” monoqrafiyasının təqdimatının keçirilməsinin satın alınması” .
Təkliflər sorğusu iştirakçılarına təklif olunur ki,öz təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə, həmcinin portal vasitəsilə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05).
İştirak haqqı 100,00 manatdır.
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat-Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h- AZ22IBAZ38030019446253269215
VÖEN-1702563281
Kod- 805625
VÖEN- 9900001881
M/h- AZ03NABZ01350100000000002944
SWİFT-IBAZAZ2X
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tender təklifinin qüvvədə olma müddəti zərflərin açılış tarixindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.
3. Tender təklifinin təminatı tender təklifinin qüvvədə olma müddətindən sonra azı 30 bank günü qüvvədə olmalıdır.
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı.
5. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.
6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti.
8. İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (Statistika Komitəsindən.)
9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları satınalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 19 dekabr 2023-cü il saat 18.00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana (əlaqələndirici şəxs – Əhməd Məmmədova, telefon- (012) 496-52-05) təqdim etməlidirlər. Həmçinin portal vasitəsilə də təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 dekabr 2023-cü il saat 10.00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 17 nömrəli ünvanda açılcaqdır.
Tender komissiyası