Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Avqustun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 qumbara, 8 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ