Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) təşkilində hərtərəfli dəyişiklik baş verib. Bu barədə Rusiyanın yüksək rütbəli rəsmilərinə yaxın mənbə bildirib.
Xəbərdə qeyd edilir ki, Rusiyanın dörd donanması və Xəzər flotiliyası Rusiya HDQ-nin komandanı admiral Nikolay Yevmenova tabe edilib.
“Dörd donanma və Xəzər flotiliyası dekabrın 1-də Rusiya Müdafiə Nazirliyi yeni tədris ilinə başlayanda birbaşa HDQ-nin komandanına tabe edildi”, – deyə məlumatda vurğulayıb.
Yaxın vaxtlara qədər Qara dəniz, Baltik və Sakit okean donanmaları, habelə Xəzər donanması müvafiq hərbi dairələrə tabe idi, Şimal Donanması isə hərbi dairə statuslu vahid strateji komandanlıq idi.
Mənbəyə görə, Şimal Donanmasının məsuliyyət zonasına daxil olan, Rusiyanın şimalındakı dörd regionda yerləşən quru, hava və hava hücumundan müdafiə qüvvələri yeni yaradılmaqda olan Leninqrad Hərbi Dairəsinə veriləcək.
XQ