ADPU-da yeni qəbul olunan tələbələr üçün "UĞUR" xüsusi təqaüd proqramı təsis edilib.
600 bal və daha yüksək nəticə ilə Azərbaycan Dövlət Pedaqoji Universitetini seçən ilk 10 nəfər tələbəyə ilk tədris ilinin birinci semestri ərzində aylıq 200 AZN dəyərində xüsusi "UĞUR" təqaüdü alacaqlar.
Qeyd edək "UĞUR" xüsusi təqaüd proqramı ən yüksək balla ADPU-ya qəbul olunaraq "Firudin bəy Köçərli" təqaüdü (1 il ərzində, aylıq 125 AZN) alan tələbədən sonrakı, 600 bal və daha yüksək nəticə ilə universitetə qəbul olunan ilk 10 nəfər tələbəyə veriləcək.