“France Football” nəşri 2025-ci ildə "Qızıl top"a namizəd futbolçuların adlarını açıqlayıb
AZƏRTAC xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb. Həmin oyunçular bunlardır: Usman Dembele, Canluici Donnarumma, Dezire Due, Əşrəf Hakimi, Nunu Mendeş, Joau Neveş, Fabian Ruis, Vitinya, Xviça Kvaratsxeliya (PSJ), Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior (hamısı “Real Madrid”), Robert Levandovski, Pedri, Rafinya, Lamin Yamal (“Barselona”), Denzel Dumfris, Lautaro Martines (hər ikisi “İnter”), Harri Keyn, Maykl Olise (hər ikisi “Bavariya”), Aleksis Makallister, Vircil van Deyk, Məhəmməd Salah, Florian Virts (hamısı “Liverpul”), Deyklan Rays, Viktor Dyökereş (hər ikisi “Arsenal”), Koul Palmer (“Çelsi), Skott Maktominey (“Napoli”), Seru Qirassi (“Borussiya Dortmund”), Erlinq Holann (“Mançester Siti”).
“Qızıl top”un mükafatlandırma mərasimi sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Son qalib “Mançester Siti"nin futbolçusu Rodri olub.