"Hər məsciddə kitabxana” layihəsi davam edir

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin üçüncü mərhələsi uğurla başa çatıb.

Komitədən XQ-yə bildirilib ki, bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Oğuz rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.

Layihə məscidlərin yalnız ibadət məkanı kimi deyil, eyni zamanda maarifləndirici və ictimai fəaliyyətlərdə iştirak edən mərkəzlərə çevrilməsini hədəfləyir. Məqsəd – milli-mənəvi və dini dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin təşviq olunmasıdır.

2025-ci ilin sonunadək layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Layihənin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.

Fond tərəfindən hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın çatdırılması nəzərdə tutulur. Nəşrlər təkcə dini mövzularla məhdudlaşmır, həmçinin fəlsəfə, tarix, ədəbiyyat sahələrini və Azərbaycanla yanaşı, dünya klassiklərinin əsərlərini də əhatə edir.

Üçüncü mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:

Qobustan rayonu  

1. Qobustan şəhəri “Heydər” məscidi

2. Qobustan şəhəri “Cümə” məscidi

3. Qobustan rayonu, Cəyirli kəndi “İmam Zaman” məscidi

Şamaxı rayonu

4.  Şamaxı şəhəri “Cümə” məscidi
5.  Şamaxı şəhəri “İmamzadə” məscidi
6.  Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi
7.  Şamaxı rayonu Göylər kənd məscidi
8.  Şamaxı rayonu Çarhan kənd məscidi
 
İsmayıllı rayonu
9.    İsmayıllı şəhər “Məhəmmədiyyə” məscidi
10.  İsmayıllı şəhər “Cümə məscidi
11.  İsmayıllı rayonu Mican kənd məscidi
12.  İsmayıllı rayonu Topçu kənd məscidi
 
Ağsu rayonu
13.  Ağsu şəhəri “Nuran xatun” məscidi
14.  Ağsu şəhəri “Hacı Alcan-Hacı Almaxanım” məscidi
 
Qəbələ rayonu 
15.  Qəbələ şəhəri "Cümə" məscidi
16.  Qəbələ şəhəri “Yeni” məscid
17.  Qəbələ şəhəri “Səkkizguşəli” məscid
18.  Qəbələ rayonu, Nic qəsəbəsi “Yalağaclı” məscidi
19.  Qəbələ rayonu Vəndam qəsəbə məscidi
20.  Qəbələ rayonu, Bum qəsəbə məscidi
21.  Qəbələ rayonu, Soltannuxa kənd məhəllə məscidi
22.  Qəbələ rayonu, Savalan kənd məscidi
  
Oğuz rayonu
23.  Oğuz şəhəri “Cümə” məscidi
24.  Oğuz rayonu Xaçmaz kənd məscidi
25.  Oğuz rayonu Kərimli kənd məscidi.

Sosial həyat