“Azərişıq”ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərişıq”ASC 

“Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən mövcud 110/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasının 110/35/10 kV-luq 2x25 mVA gücündə yenidən qurulması” işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1. “Azərişıq”ASC “Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən mövcud 110/10 kV-luq “Əliağa Vahid” yarımstansiyası­nın 110/35/10 kV-luq 2x25 mVA gücündə yeni­dən qurulması” işlərinin satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-“Azərişıq” ASC

H/h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiar Bank- “Kapital Bank” ASC-nin Gənclik filialı

Kod- 200189

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs- Namik Heybətov.

Əlaqə telefonu (şəhər)- 012 440 39 93 (daxili 92-19) 

Elektron poçt: [email protected]

Ünvan- AZ1009. Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz ten­der təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi texniki və maliyyə imkanlarına ma­lik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə iştirak haqqını qeyd olu­nan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müra­ciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizam­naməsi və qeydiyyatdan keçdiyi ölkə;

(sənədlərin təsdiqi tender elanı dərc edilən tarixdən sonra notarial qaydada təsdiq olunma­sı zəruridir).

1. İddiaçının VÖEN-i, bank rekvizitləri, ün­vanı, dövlət reyestrindən çıxarış; (sənədlərin təsdiqi tender elanı dərc edilən tarixdən sonra notarial qaydada təsdiq olunması zəruridir).

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; (sənədlərin təsdiqi tender elanı dərc edilən tarixdən sonra notarial qaydada təsdiq olunması zəruridir).

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

4. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı.

5. İddiaçının mikro, kiçik , orta və ya iri sahi­bkarlıq subyektlərinə aid olması ilə bağlı sənədi.

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki sənədlər). 

7. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlu­matlar, analoji işlərdə təcrübəsi haqqında mə­lumat. 

8. İddiaçının satınalma müqaviləsinin ic­rasını təmin etmək üçün qeyd olunan sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliy­yə imkanlarının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olmağı vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyala­rının, xüsusilə 110kV-luq yarımstansiyaların, elektrik verilişi xəttlərinin tikintisi və yenidənqu­rulması üçün hər birinin ümumi məbləği 5 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış təsdiqe­dici sənədləri təqdim etməlidir.

9. Müvafiq lisenziya və icazələr. 

10. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşə­kar fəaliyyətləri, yaxud satınalma müqavilə­sinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məh­kəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

11. Rəhbər şəxs və ya şəxslərin təyin olun­ması haqqında sənəd (əmr).

12. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

13. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxə­də (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tər­cümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmi­natı istisna olmaqla) 5 sentyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 sentyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əli­yev küçəsi 130 nömrəli ünvana təqdim etməli­dirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərf­lər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 sentyabr 2023-cü il saat 15.00-da Bakı, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati bi­nasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

“Azərişıq” ASC-nin tender komissiyası

Reklam və elan