AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

post-img

№  251                                                                         Bakı şəhəri,  31  iyul  2023-cü il

 

“Ödənişli arxiv xidmətlərinin siyahısının  və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında

 

   “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il   27 iyul tarixli   168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

   1. “Ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği” təsdiq edilsin (əlavə olunur).

   2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il  24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

                         Əli Əsədov

                                  Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 31 iyul 

tarixli 251 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

Ödənişli arxiv xidmətlərinin siyahısı və onların

göstərilməsinə görə xidmət haqlarının məbləği

 

1.     Ümumi müddəalar

 

1.1. Bu Sənəd “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq hazırlanmışdır və dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə göstərdikləri ödənişli arxiv xidmətlərinin siyahısını və həmin xidmətlərin göstərilməsinə görə xidmət haqlarının məbləğini tənzimləyir. 

1.2. Dövlət arxiv xidməti təşkilatları “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi və fiziki şəxslərə arxiv sənədlərinin mühafizəsi, elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması, arxiv sənədlərindən istifadə etməklə informasiyanın verilməsi sahələri üzrə ödənişli arxiv xidmətləri göstərirlər.

 

2. Ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği

 

Sıra   №-si
Xidmətin adı
Ölçü vahidi
Qiymət (manatla)
1
2
3
4
2.1. Müxtəlif daşıyıcılarda olan arxiv sənədlərinin mühafizəsinin təşkili

 
2.1.1.

 

 

 

1.

2.
Çap nəşrlərinin və kağız daşıyıcıda olan arxiv sənədlərinin fiziki-kimyəvi və mikrobioloji vəziyyətinin analizi və qiymətləndirilməsi:

1920-ci ilə qədərki dövr;

1920-ci ildən sonrakı dövr: 

idarəçilik;

elmi-texniki (layihə, eskiz, cizgi);

foto
saxlama vahidi

 

 

0,90

 

0,15

0,50

0,50
1
2
3
4
2.1.2.

 

 

 

 

1.

2.

3.

4.
Maşınla oxunan və lent daşıyıcılarında olan audiovizual sənədlərin texniki vəziyyətinin öyrənilməsi və fiziki-kimyəvi  profilaktikası:

kino;

foto;

video;

konservasiya-profilaktik işləri saxlama vahidi
 

 

2,0

0,50

0,50

4,0

 
2.1.3.

 

 

 

1.

2.

 

3.

4.

5.
Arxiv sənədlərin vərəqlərinin bərpası, kötüklərin bərkidilməsi, solmuş və çətin oxunan mətnlərin konservasiyası:

vərəqlərin bərpası;

mətni solmuş və çətin oxunan arxiv sənədlərinin konservasiyası;

kötüklərin bərkidilməsi;

audiovizual sənədlərin bərpası;

qeyri- standart (A1, A3) ölçüdə vərəqlərin, layihə, eskiz, cizgi və digər texniki sənədlərin bərpası
 

 

vərəq

 

vərəq

vərəq

saxlama vahidi

 

 

vərəq 
 

 

 

 

0,90

 

1,40

0,30

20,0

 

 

4,0
2.1.4.

 

1.

2.
Arxiv sənədlərinin dezinfeksiyası və

tozdan təmizlənməsi:

dezinfeksiya;

tozdan təmizləmə
saxlama vahidi
 

 

3,0

0,45
2.1.5

 

1.

2.
İdarənin arxivlərində arxiv sənədlərinin cildlənməsi və tikilməsi:

cildlənmə;

A1, A3 ölçüdə arxiv sənədlərinin və qəzetlərin tikilməsi
saxlama vahidi
 

 

4,5

 

2,80
2.1.6.

 

 

 

1.

 

2.
Arxiv sənədlərinin sifariş əsasında elektron surətlərinin yaradılması (rəqəmsallaşdırılması) və foto-video nüsxələrinin hazırlanması:

arxiv sənədinin elektron surətinin yaradılması;

arxiv sənədinin foto-videonüsxəsinin hazırlanması
 

 

vərəq

 

foto-video kadr
 

 

 

 

 

0,14

 

5,0
1
2
3
4
2.1.7.
Arxiv sənədlərinin müvəqqəti mühafizə edilməsi 
saxlama vahidi 

(bir il)
500-dək hər bir saxlama  vahidi üçün -5,00;

sonrakı hər 500-də 10% aşağı olmaqla
2.2. Arxiv sənədlərinin elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması xidməti
2.2.1.
Təşkilatın tarixinin və arxiv fondunun vəziyyətinin öyrənilməsi
təşkilatın sayı üzrə
80,0
2.2.2.

 

 

1.

2.

3.
Təşkilatın və arxiv fondunun tarixi, strukturu, sənədlərinin tərkibi haqqında  arayışın hazırlanması: 

5 ilə qədər olan dövr üçün;

5 ildən 10 ilə qədərki dövr üçün;

10 ildən yuxarı dövr üçün 
arayış
 

 

 

80,0

120,0

160,0
2.2.3.
İdarə arxivlərində sənədlərin (işlərin) fond mənsubiyyətinin və xronoloji sərhədlərinin müəyyən edilməsi
saxlama vahidi
0,15
2.2.4.
İdarə arxivlərində sənədlərin (işlərin) struktur bölmələr, fəaliyyət sahələri, xronoloji ardıcıllıq və digər əlamətlər üzrə sistemləşdirilməsi 
vərəq
0,05
2.2.5.
Arxiv sənədlərinin dəyərinin ekspertizası və elmi-texniki qiymətləndirilməsinə dair iş təlimatının hazırlanması
iş təlimatı
0,45
2.2.6.

 

 

 

 

1.

2.

3.

 

4.

5.

6.
İdarə arxivlərində arxiv sənədlərinin (işlərin) elmi-tarixi və əməli əhəmiyyətinin müəyyən edilməsi üçün dəyərinin ekspertizasının keçirilməsi:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi xarakterli və yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər;

audiovizual sənədlər;

elektron sənədlər
saxlama vahidi
 

 

 

 

 

1,40

1,60

 

2,90

0,80

1,80

 2,0
1
2
3
4
2.2.7.

 

 

 

 

1.

2.

3.

 

4.
Arxiv sənədlərinin mövzu, coğrafi, xronoloji, əlifba və digər əlamətlər üzrə saxlama vahidlərində qruplaşdırılması və saxlama vahidlərinin formalaşdırılması:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi xarakterli və yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər
vərəq
 

 

 

 

 

0,08

0,20

 

0.10

0,05
2.2.8.
Dağınıq halda olan vərəqlərin saxlama vahidində sistemləş-dirilməsi 
vərəq
0,14
2.2.9.  

 

1.

 

 

2.
Saxlama vahidinə daxil edilən vərəqlərin nömrələnməsi:

standart (A4) ölçüdə vərəq

(idarəçilik, yaradıcılıq, mətnli elmi-texniki sənədlər);

qeyri-standart (A1, A3 ) ölçüdə vərəqlər, qrafik sənədlər
vərəq
 

 

 

 

0,04

 

0,06
2.2.10.
Saxlama vahidinin təsdiqedici vərəqinin hazırlanması
saxlama vahidi
0,50
2.2.11.

 

1.

2.

3.

4.

5.

6.
Saxlama vahidinin sərlövhəsinin (başlığının) tərtib edilməsi:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi xarakterli yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər;

audiovizual sənədlər;

elektron sənədlər

 
saxlama vahidi
 

 

1,25

1,65

2,10

0,84

3,85

1,50 
2.2.12.

 

1.

 

 

2.
Saxlama vahidlərinin arxiv qaydalarına uyğun tikilməsi:

standart (A4)   ölçüdə vərəqlər (idarəçilik, yaradıcılıq, mətnli elmi-texniki sənədlər);

qeyri-standart (A1; A3) ölçüdə  vərəqlər (qrafik sənədlər)
saxlama vahidi
 

 

 

 

2,0

 

2,70
2.2.13.
Tikilməsi mümkün olmayan

(yaradıcılıq, layihə, foto və s.) arxiv sənədlərinin ipli qovluqlara yerləşdirilməsi
 

vərəq
 

0.06
1
2
3
4
2.2.14.
Saxlama vahidinin üz cildinin təsviri
saxlama vahidi
0,65
2.2.15.
Saxlama vahidinə daxil edilmiş arxiv sənədlərinin daxili siyahısının hazırlanması 
başlıq

(sərlövhə)
0,60
2.2.16.
Saxlama vahidinə annotasiyanın yazılması
annotasiya
4,20   
2.2.17.
Saxlama vahidlərinin saxlanılma müddətlərinə uyğun (daimi və uzun müddət) qruplaşdırılması
saxlama vahidi
0,15
2.2.18.

 

1.

2.

3.

4.

5.

6.
Arxiv siyahılarının hazırlanması və çapı:

idarəçilik sənədləri;

elmi-texniki sənədlər;

şəxsi mənşəli yaradıcılıq sənədləri;

işçi heyətə aid sənədlər;

audiovizual sənədlər;

elektron sənədlər
 

siyahının bəndi 

 

 

 

 

 

 
 

 

1,05

1,20

1,45

1,0

2,0

2,0
2.2.19.

 

 

1.

2.

3.

4.
Arxiv siyahıları üçün elmi-məlumat vasitələrinin hazırlan-ması:

müqəddimə;

qısaldılmış sözlərin siyahısı;

yekun qeyd; 

mündəricat 
 

siyahı

 
 

 

 

40,0

10,0

10,0

 5,0
2.2.20.
Saxlama vahidlərinə arxiv şifrinin qoyulması 
saxlama vahidi
 

0,15
2.2.21.

 

1.

2.
Saxlama vahidlərinin bağlamalarda qruplaşdırılması:

saxlanılmalı olan; 

saxlanılmalı olmayan
saxlama vahidi
 

 

0,12

0,08
2.2.22.
Yarlıqların hazırlanması və bağlamalara  bərkidilməsi
yarlıq
 

0,50
2.2.23.
Saxlama vahidlərinin arxiv qutularına yerləşdirilməsi
saxlama vahidi
 

0,14
2.2.24.
Arxiv qutularının  və bağlamalarının rəflərə yerləşdirilməsi
qutu/bağlama
 

0,30
1
2
3
4
2.2.25.
Saxlanılmalı olmayan iş və sənədlərin məhv etmək üçün ayrılması

 
saxlama vahidi
 

0,24
2.2.26.
Saxlanılmalı olmayan iş və sənədlərin məhv etmək üçün ayrılması barədə aktın tərtib edilməsi 
akt 
48,0
2.2.27.
Bərpası mümkün olmayan dərəcədə korlanmış və aşkar olunmamış işlərin qeydiyyatdan çıxardılmasına dair rəy verilməsi və ya aktın tərtib edilməsi 
akt
160,0
2.2.28.
Sənədlərin qaydaya salınması zamanı görülmüş işlər barədə yekun təhvil- qəbul aktının tərtib edilməsi
akt
 34,0
2.2.29.
Milli arxiv fonduna daxil edilən arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması (arxiv siyahıları əsasında işlərə baxılması və uyğunluğunun  müəyyən edilməsi) 
saxlama vahidi
 

0,15
2.2.30.

 

1.

2.
İşlərin nomenklatur siyahısının layihəsinin hazırlanması: 

respublika tabeli təşkilat;

yerli tabeli təşkilat
siyahının bəndi 
 

 

4,0

2,0
2.2.31.
Sənədlərin saxlanılma müddətləri göstərilməklə, sahə üzrə siyahının  layihəsinin hazırlanması
siyahının bəndi
6,0
2.2.32.
İdarənin arxivinin və ekspert komissiyasının əsasnamələrinin layihələrinin hazırlanması
əsasnamə 
40,0
2.2.33 .

 

1.

2.
İdarənin  arxivinin pasportunun hazırlanması:

sənəd həcmi 1000-dək olan;

sənəd həcmi 1000-dən yuxarı olan

 

 
pasport
 

 

80,0

120,0
1
2
3
4
2.2.34.

 

 

 

1.

2.

 

 

3.

4.

5.
Dövlət arxivlərinin ekspert yoxlama komissiyalarına təqdim edilmiş sənədlərə baxılması və rəy verilməsi:

arxiv siyahılarına; 

saxlanılmalı olmayan  sənədlərin məhv etmək üçün ayrılması barədə aktına;

sahə siyahılarına; 

işlərin nomenklatur siyahılarına; 

idarə arxivinin əsasnaməsinə
 

 

 

bənd 
 

 

 

 

4,50

 

 

5,20

6,00

4,00

4,00
2.3. Arxiv sənədlərindən istifadə edilməklə informasiyanın

verilməsi xidməti
2.3.1.

 

 

1.

2.

 

3.
Müraciət əsasında istifadəçilərin arxivin elmi-məlumat vasitələri ilə tanış edilməsi:

əlyazma siyahı;

makina, yaxud kompüter ilə yazılmış siyahı;

kataloq;
 

 

 

siyahının bəndi  

 

 

kataloq vərəqi
 

 

 

0,14

 

0,10

0,40    
4.
elektron məlumat bazası üzrə
dəqiqə
0,50
2.3.2.
Müraciət üzrə  mövzuya aid çap olunmuş mənbələrin, dövri nəşrlərin, soraq ədəbiyyatının araşdırılması
vərəq
0,60
2.3.3.

 

1.

2.

 

3.

4.

5.
Müraciət üzrə arxiv sənədlərinin araşdırılması:

əllə yazılmış sənədlər;

makinada, yaxud kompüterlə yazılmış sənədlər;

 xarici dildə olan sənədlər; 

fotosənədlər;

kino-videosənədlər
        vərəq

 

 

 

 

 

saxlama vahidi
 

 

1,50

 

1,0

3,0

2,0

10,0
2.3.4.

 

1.

 

 

2.
Müraciət əsasında mövzu üzrə cavab məktubunun hazırlanması:

məlumat xarakterli məktub: 

1920-ci ilə qədərki dövr;

1920-ci ildən sonrakı dövr;

qısa cavab (sorğu üzrə sənədlərin mümkün saxlanma yerləri və mənfi cavab barədə məlumatın verilməsi)
 

 

məktub

 

 
 

 

 

200,0

120,0

 

 

20,0
1
2
3
4
2.3.5.

 

 

 

1.

2.

3.
Fiziki və hüquqi şəxslərin müraciətlərinin (bir mövzu üzrə) cavablandırılması:

 

sosial-hüquq xarakterli;

tematik; 

genealoji


arxiv arayışı; çıxarış; surət; məktub; siyahı; cədvəl və s.

 

 
 

 

 

 

15,0

40,0

200,0
2.3.6.
Arxiv sənədlərinin tematik siyahılarının hazırlanması
bənd
10,0
2.3.7.
Tematik siyahılara müqəddimə və annotasiyanın hazırlanması
vərəq

 
25,0
2.3.8.

 

 

1.

 

2.
Sifariş üzrə arxiv sənədləri əsasında elmi nəşrlərin hazırlanması: 

sənəd toplusu, məcmuə və ya məlumat kitabı; 

fotoalbom
 

 

 

1 müəllif vərəqi

 

fotokadr
 

 

 

1600,0

 

8,0
2.3.9.
Çap və elektron media subyektlərinin  sifarişi ilə arxiv materialları əsasında məqalələrin hazırlanması 
1 müəllif vərəqi 
1200,0
2.3.10.

 

1.

2.
Sifariş üzrə arxiv sənədləri əsasında sərgilərin təşkili:

1920-ci ilə qədərki dövr;

1920-ci ildən sonrakı dövr
sənəd

 

 
 

 

27,5

8,0
2.3.11.

 

 

 

1.

2.
Televiziya və radio verilişləri üçün aktual mövzular üzrə arxiv materiallarının seçilməsi və sifarişçiyə təqdim edilməsi : 

radio;

televiziya
 

efir vaxtı

 

 

dəqiqə
 

 

 

 

56,0

85,0
2.3.12.
Arxiv işi və arxiv sənədləri ilə tanışlıq üçün ekskursiyaların təşkili

 
saat

 
 

55,0
1
2
3
4
2.3.13.

 

 

 

1.

2.

 

3.

 

4.

 

5.

 

 

 

 

6.

 
Arxivə məxsus texniki vasitələrdən istifadə olunmaqla arxiv sənədlərinin və nəşrlərinin surətlərinin çıxarılması:

əlyazma sənədlər;

makinada, yaxud kompüter ilə yazılmış sənədlər;

layihə, eskiz və kartoqrafik sənədlər;

fotosurət (o cümlədən rəqəmsal surət);

lent daşıyıcıda olan (kinofonovideo)

sənəd:

kadr seçməklə

kadr seçmədən

rəqəmsal 
 vərəq

 A4 formatda

 

 

 

 

 

A3 , A1

 

neqativdən alınan foto

 

 

 

kadr

kadr

dəqiqə
 

 

 

 

0,50

 

0,20

15,0 -20,0

 

7,5

 

 

 

 

1,80

0,80

1,50
2.3.14.

 

 

 

 

1.

2.
Audiovizual sənədlərin sifariş əsasında elektron sənəd daşıyıcılarına (yaddaş qurğularına) köçürməklə rəqəmsallaşdırılması:

kinofonovideo;

foto
 

 

dəqiqə

fotokadr
 

 

 

 

 

20,0

5,0
2.3.15.
Arxiv sənədlərinin tərcüməsi :

əlyazma sənədlər;

makina ilə yazılmış sənədlər
vərəq
 

14,0

10,0
2.3.16.
Arxivin ərazisində, binasında, mühafizəxanasında fotovideo çəkilişlərin aparılması
saat 
60,0
2.3.17.
Elektron arxiv informasiya sistemində yerləşdirilmiş  arxiv resurslarından istifadəyə girişin verilməsi 
saat
30,0
2.3.18.
Arxiv sənədləri əsasında maraqlı mövzular üzrə (tarixi məsələlər, şəxsiyyətlər, təşkilatlar və s.) istifadəçilərə elmi məsləhətlərin verilməsi və arxiv sənədlərindən istifadə ilə bağlı maarifləndirmə 
saat
12,0
 

 

3.  Ödənişli arxiv xidmətlərinin təşkili və  tənzimlənməsi

 

3.1. Dövlət arxiv xidməti təşkilatlarında hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri onların “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraq yazılı ərizələri əsasında göstərilir. 

3.2. Ödənişli arxiv xidmətlərinin göstərilməsi barədə hüquqi və fiziki şəxslər tərəfindən edilən ərizələr müvafiq dövlət arxiv xidməti təşkilatına daxil olduğu  gündən qeydiyyata alınır və xidmətin növündən asılı olaraq aidiyyəti üzrə icraya yönəldilir.

3.3. Hüquqi və fiziki şəxslərə bu sənədin 2.1-ci və 2.2-ci bəndlərində qeyd olunan xidmətlərin göstərilməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilən formaya uyğun tərəflər arasında imzalanmış müqavilə ilə rəsmiləşdirilir. Müqavilə bərabər hüquqi qüvvəyə malik olmaqla, iki nüsxədə tərtib olunur və hər iki tərəfdə saxlanılır. 

3.4. Hüquqi və fiziki şəxslərə arxiv xidmətləri müvafiq xidmət növü üçün bu Sənədin 2-ci hissəsi ilə müəyyən edilmiş xidmət haqqının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xüsusi xəzinə hesabına köçürülməsini təsdiq edən bank və ya poçt sənədi (qəbz) təqdim olunduğu halda göstərilir. Tələb olunan arxiv məlumatı aşkar edilmədiyi halda müraciət edənə yazılı məlumat verilir və  xidmət haqqı üçün ödənilmiş məbləğ geri qaytarılmır.    

3.5. Elmi tədqiqat məqsədləri üçün araşdırma aparan tədqiqatçılara, elm-təhsil müəssisələrinin elmi işçilərinə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində  təhsil alan tələbələrə müvafiq qurumların bu faktı təsdiq edən arayışı təqdim edildiyi halda xidmət haqqı ödənilmədən dövlət arxiv xidməti təşkilatlarının oxu zallarında tədqiq olunan mövzuya uyğun arxiv sənədləri ilə tanış olmaq, onları araşdırmaq,  qeydlər aparmaq, sənədlərin arxiv siyahılarından və digər sorğu-məlumat vasitələrindən istifadə etməyə şərait yaradılır. 

3.6. Bu Sənədin 3.5-ci bəndində qeyd olunan şəxslərin sifarişləri əsasında  dövlət arxiv xidməti təşkilatına məxsus texniki vasitələrdən istifadə olunmaqla Milli arxiv fondu sənədlərinin surətlərinin (o cümlədən kinofotofono və videosənədlərin surətləri və pozitivlərinin) verilməsi bu Sənədin 2-ci hissəsi ilə müəyyən edilmiş xidmət haqqı ödənilməklə həyata keçirilir.

3.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şəhid ailələrinə, əlilliyi müəyyən edilmiş şəxslərə arxiv sənədlərindən istifadə etməklə informasiyanın verilməsi xidmət haqqı ödənilmədən icra edilir. 

 3.8. Dövlət arxiv xidməti təşkilatları aşağıdakı hallarda hüquqi və fiziki şəxslərə arxiv xidmətlərinin göstərilməsindən imtina edə bilərlər:

3.8.1. arxiv sənədlərinin fiziki-kimyəvi və bakterioloji mühafizəsi üzrə xidmətlərin göstərilməsi üçün arxivin texniki imkanları məhdud olduqda;

3.8.2. mühafizəxanalarda arxiv fondu sənədlərinin mühafizəsi üçün boş yer olmadıqda və yaxud sənədlərin fiziki və ya bakterioloji vəziyyəti ona imkan vermədikdə;

3.8.3. arxiv sənədlərinin mühafizəsi və elmi-texniki cəhətdən işlənilərək qaydaya salınması barədə razılaşdırılmış müqavilə öhdəliklərini   qarşı tərəf pozduqda;

3.8.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunan dövlət, peşə, kommersiya və ailə sirrinə aid  məlumatların  olduğu, habelə müəlliflik  hüququ və əlaqəli hüquqlar haqqında qanunla qorunan məlumatların əks olunduğu sənəd və işlər üzrə məlumatlardan istifadə hüququnu təsdiq edən sənədlər (buraxılış vərəqi, vərəsəlik şəhadətnaməsi, etibarnamə) təqdim olunmadıqda;

 3.8.5. müqavilə əsasında dövlət arxiv xidməti təşkilatına mühafizə üçün verilmiş şəxsi mənşəli arxiv fondu sənədlərinin sahibinin (və ya onun vərəsəsinin) bu sənədlərdən  istifadəyə notarial qaydada təsdiq olunmuş razılıq sənədi olmadıqda; 

3.8.6. fiziki şəxslər bu Sənədin 3.1-ci bəndi ilə müəyyən olunmuş sənədləri ərizəyə əlavə etmədikdə və ya natamam etdikdə; 

3.8.7. arxiv sənədləri xidməti istifadədə olduqda  və ya  fiziki-texniki vəziyyəti istifadə üçün qənaətbəxş olmadıqda;

3.8.8. müvafiq xidmət üçün müəyyən olunmuş xidmət haqqı ödənilmədikdə.

3.9. Dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələri üzrə göstərdikləri arxiv xidmətləri üzrə ölçü vahidi saat müəyyən edilmiş xidmətlər üzrə  xidmətin vaxtı saatdan az olduqda, xidmət haqqı tam saatadək yuvarlaqlaşdırılmaqla hesablanır. Bir saxlama vahidinin həcmi  kağız əsaslı idarəçilik sənədləri üçün 200, şəxsi xarakterli sənədlər üçün 100, elmi-texniki sənədlər üçün 50 vərəq, audiovizual sənədlər üçün isə hadisə, fakt, hal üzrə qeydə alınmış sənəd kompleksi müəyyən edilir. Ölçü vahidi olaraq vərəq götürüldükdə A4 formatlı vərəq  nəzərdə tutulur.

3.10. Dövlət arxiv xidməti təşkilatlarının fəaliyyət sahələrində ödənişli arxiv xidmətlərinin siyahısı və həmin xidmətlərin göstərilməsinə görə xidmət haqqının məbləğini müəyyən edən cədvəlin  2.3.1-ci və 2.3.2-ci yarımbəndlərində qeyd olunan arxiv xidmətləri üzrə daxil olan müraciətdə  hal, hadisə və  faktın baş verməsinin konkret tarixləri göstərilmədikdə və müraciətin cavablandırılması üçün iki və daha çox illərə aid çoxsaylı arxiv materiallarının araşdırılması tələb olunduqda, həmin xidmətə görə müəyyən olunmuş xidmət haqqının məbləği hər növbəti iki il üçün bir misli olaraq artırılır.

3.11. Müraciət edənin təşəbbüsü əsasında sürətləndirilmiş arxiv məlumatının verilməsi, 1-3 iş günü üçün müvafiq xidmət üzrə müəyyən olunmuş xidmət haqqının üç misli, 4-7 iş günü üçün iki misli olmaqla müəyyən edilir.

3.12.Tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq göstərilən xidmətlərin icra müddəti müqavilə əsasında müəyyən edilir.

Nazirlər kabinetinin qərarları