№ 250 Bakı şəhəri, 31 iyul 2023-cü il
Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki.qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
2. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsindən irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.
3. Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin cari ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyətinin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Naxçıvan Tibb Kolleci üzrə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində davam etdirilsin, 2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsində qeyd olunan maliyyələşmə məsələlərini növbəti illərin Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin tərtibi prosesində nəzərə alsın.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319, № 6, maddələr 1223, 1226; 2018, № 11, maddələr 2429, 2456, № 12 (II kitab), maddələr 2739, 2759; 2019, № 11, maddə 1853; 2020, № 3, maddə 368, № 7, maddə 980, № 10, maddə 1301; 2021, № 3, maddə 268, № 6 (IV kitab), maddə 689, № 9, maddə 1062; 2022, № 3, maddə 253, № 7, maddə 812) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə aşağıdakı məzmunda 48-ci və 49-cu hissələr əlavə edilsin:
“48. Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kolleci
49. Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kolleci”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri