№ 249 Bakı şəhəri, 29 iyul 2023-cü il
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 sentyabr tarixli 386 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 may tarixli 2135 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 sentyabr tarixli 386 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1914; 2023, № 1, maddə 145) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci abzasda “9” rəqəmi “10 (on)” sözləri ilə əvəz edilsin.
2. “Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri