Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 289 Bakı şəhəri, 29 may 2024-cü il

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsi­nin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qə­rarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yan­var tarixli 9 nömrəli Qərarında dəyişik­lik edilməsi barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konsti­tusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, Azərbay­can Respublikası Prezidentinin “Dövlət orqanlarında (qurumlarında) normaya­ratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli və “Azərbay­can Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tət­biqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Avtomobil nəqliyyatı haqqın­da” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azər­baycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında də­yişiklik edilməsi haqqında” 2019-cu il 28 avqust tarixli 826 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 15 dekabr tarixli 2397 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

“Dövlət və bələdiyyə tərəfindən yara­dılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizam­naməsi”nin və “Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edil­məsi haqqında” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2011-ci il 21 yan­var tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarında (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 151 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 

1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.

2. Həmin Qərarla təsdiq edilmiş “Döv­lət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizam­naməsi”nin 4.3-cü bəndindən “Azərbay­can Respublikasının Prezidenti ilə razı­laş-dırmaqla,” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan RespublikasınınBaş naziri

Nazirlər kabinetinin qərarları