Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 288 Bakı şəhəri, 29 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələri­nin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəs­sisələrinin) təhsilverənlərinin (ser­tifikat-laşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 1008 (Cild I) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”in cəd­vəlinin ikinci sütununda “Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)” sözləri “Tədris edilən dərs saatına görə (faizlə)” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan RespublikasınınBaş naziri

Nazirlər kabinetinin qərarları