Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 287 Bakı şəhəri, 29 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrin­də (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəs­sisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyi­şiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501 (Cild I); 2024, № 3, maddə 330; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 268 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) iş­ləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda aşağıdakı dəyişikliklər edil­sin:

1. 3.3-cü bənddə “Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri” sözləri “Nazirliyin yanında Mək­təbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bənddə “Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə və təhsil müəssisələ­rinə” sözləri “Nazirliyin yanında Məktə­bəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə və Naxçıvan Muxtar Res­publikasının Təhsil Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. 5.4-cü bənddə “tədris ilinin sonun­da” sözləri “ildə yeni tədris ili başlayana­dək” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan RespublikasınınBaş naziri

Nazirlər kabinetinin qərarları