Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 286 Bakı şəhəri, 29 may 2024-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma­sına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” 2018-ci il 27 aprel tarixli 180 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji tə­chizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə” 2018-ci il 24 iyul ta­rixli 327 nömrəli qərarlarının ləğv edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergeti­ka haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Tikinti obyektlərinin enerji təc­hizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edil­məsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu­su, 2018, № 4, maddə 825 (Cild I) ləğv edilsin.

2. “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin ener­ji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1660 (Cild I) ləğv edilsin. 

3. Bu Qərar 2024-cü il iyunun 3-dən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan RespublikasınınBaş naziri

Nazirlər kabinetinin qərarları