Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 290 Bakı şəhəri, 27 may 2024-cü il

“Cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılmasına və terrorçu­luğun maliyyələşdirilməsinə qarşı mü­barizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı müba­rizə çərçivəsində barəsində sank­siya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Res­publikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr ta­rixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.4-cü bəndinin və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qa­nununun tətbiqi barədə” 2023-cü il 31 yanvar tarixli 2008 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 336 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1407 (Cild I) ilə təs­diq edilmiş “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlik­lərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatla­rın təqdim edilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndindən “pul vəsait-lərinin və ya digər” sözləri çıxarılsın, həmin yarım­bəndə “və “Terrorçuluğa qarşı mübarizə haqqında” sözlərindən əvvəl “, “Hədəfli maliyyə sanksiyaları haqqında” sözləri əlavə edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1408 (Cild I) ilə təs­diq edilmiş “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlik­ləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın 3.1.5-ci yarımbəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın, həmin yarım­bəndə “və “Terrorçuluğa qarşı mübarizə haqqında” sözlərindən əvvəl “, “Hədəfli maliyyə sanksiyaları haqqında” sözləri əlavə edilsin. 

3. “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə ka­pitalındakı payları və qiymətli kağızla­rın mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinq­də iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarında (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2148 (Cild I) aşağıdakı də­yişikliklər edilsin:

3.1. adında və 1-ci hissədə “monito­rinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” söz­ləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edil­miş “İcra hakimiyyəti orqanlarının nor­mativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsas­namə”nin 2.6-1-ci” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının layihələ­rinin hazırlanması, razılaşdırılması, qə­bul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyət­çiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası” üzrə:

3.3.1. adında “monitorinq iştirakçıla­rına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin; 

3.3.2. 1-ci hissə üzrə:

3.3.2.1. 1.1-ci bənddə (hər iki halda) “monitorinq iştirakçılarına və monitorinq­də iştirak edən digər” sözləri “öhdəlik da­şıyan” sözləri ilə əvəz edilsin;

3.3.2.2. 1.2-ci bənddə “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.2.3. 1.3-cü bəndin birinci cümlə­sində “monitorinq iştirakçıları və monito­rinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.3. 2-ci hissə üzrə:

3.3.3.1. 2.1.1–2.1.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.1. öhdəlik daşıyan şəxslər - ci­nayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliy­yə institutları və peşə sahibləri;

2.1.2. maliyyə institutları - “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdı­rılmasına və terrorçuluğun maliyyələş­dirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏL/TMM Qanunu) 1.1.8-ci maddəsində nəzərdə tutulan şəxslər;

2.1.3. qeyri-maliyyə institutları və peşə sahibləri - ƏL/TMM Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulan şəxslər;”;

3.3.3.2. aşağıdakı məzmunda 2.1.3-1-ci yarımbənd əlavə edilsin:

“2.1.3-1. benefisiar mülkiyyətçi - ƏL/TMM Qanununun 1.1.19-cu maddəsində nəzərdə tutulan şəxs;”;

3.3.3.3. 2.1.6-cı yarımbənddə “moni­torinq iştirakçılarına və monitorinqdə işti­rak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.4. 3-cü hissə üzrə:

3.3.4.1. adında “Monitorinq iştirakçı­ları” sözləri “Maliyyə institutları” sözləri ilə əvəz edilsin;

3.3.4.2. 3.1-ci bənddə “Monitorinq iş­tirakçılarına” sözləri “Maliyyə institutları­na” sözləri ilə əvəz edilsin;

3.3.4.3. 3.1.1-ci yarımbənddə “müna­sibətlər” sözü “münasibətlərin” sözü ilə əvəz edilsin;

3.3.4.4. 3.1.2-ci yarımbənddə “on beş” sözləri “iyirmi” sözü ilə, ikinci halda “bundan” sözü “limitdən” sözü ilə əvəz edilsin;

3.3.4.5. 3.1.3–3.1.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliy­yatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfin­dən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual ak­tivlərlə aparılan birdəfəlik əməliyyatlar­dan əvvəl;

3.1.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliy­yələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;

3.1.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunlu­ğuna dair şübhələr olduqda.”;

3.3.4.6. 3.2-ci bənd aşağıdakı redak­siyada verilsin:

“3.2. ƏL/TMM Qanununun 4.5.2-ci və 4.6-cı maddələrinə uyğun olaraq, yük­sək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin ye­nilənməsi, habelə müştəri hüquqi şəxs və ya xarici hüquqi təsisat olduqda həyata keçirilən əlavə müştəri uyğunluğu tədbir­lərinin tətbiqi zamanı benefisiar mülkiy­yətçi barədə məlumatlar məlumat saxla­yıcısı tərəfindən sorğu əsasında maliyyə institutlarına verilir.”;

3.3.5. 4-cü hissə üzrə:

3.3.5.1. adında “Monitorinqdə iştirak edən digər şəxslər” sözləri “Qeyri-maliy­yə institutları və peşə sahibləri” sözləri ilə əvəz edilsin;

3.3.5.2. 4.1-ci bənddə “monitorinqdə iştirak edən digər şəxslərə” sözləri “qey­ri-maliyyə institutları və peşə sahiblərinə” sözləri ilə əvəz edilsin;

3.3.5.3. 4.1.1-ci yarımbənd ləğv edil­sin;

3.3.5.4. 4.1.2-ci və 4.1.3-cü yarım­bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.1.2. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;

4.1.3. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmət­ləri göstərən müstəqil şəxslər aşağıda­kı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak et­dikdə:

4.1.3.1. daşınmaz əmlakın alqı-satqı­sı;

4.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakı­nın idarə olunması;

4.1.3.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunma­sı;

4.1.3.4. hüquqi şəxslərin yaradılma­sı, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitləri­nin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.”;

3.3.6. 5-ci hissə üzrə:

3.3.6.1. adında “Monitorinq iştirakçı­larının və monitorinqdə iştirak edən di­gər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.2. 5.1-ci bənddə və 5.2-ci bən­din birinci cümləsində “Monitorinq iştirak­çıları və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.3. 5.3-cü və 5.4-cü bəndlərdə “monitorinq iştirakçılarına və monitorinq­də iştirak edən digər” sözləri “öhdəlik da­şıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.4. 5.5-ci bənddə “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.5. 5.6-cı bənddə “monitorinq iş­tirakçılarının” sözləri “maliyyə institutları­nın” sözləri ilə, “monitorinqdə iştirak edən digər şəxslərin” sözləri isə “qeyri-maliyyə institutları və peşə sahiblərinin (notarius­lar istisna olmaqla)” sözləri ilə əvəz edil­sin;

3.3.6.6. 5.7-ci bənddə “monitorinq iş­tirakçılarının və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.7. 6-cı hissə üzrə:

3.3.7.1. 6.1-ci bənddə “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin və həmin bənddən “pul və­saitlərinin və ya digər” sözləri çıxarılsın;

3.3.7.2. 6.2-ci bənddən “pul vəsaitlə­rinin və ya digər” sözləri çıxarılsın və hə­min bənddə “6-cı” sözləri “16-cı” sözləri ilə, “monitorinq iştirakçıları və monitorinq­də iştirak edən digər” sözləri isə “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin.

4. “Terrorçuluğun maliyyələşdiril­məsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olun­ması Qaydası”nın təsdiq edilməsi barə­də” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 568 (Cild I) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan RespublikasınınBaş naziri

Nazirlər kabinetinin qərarları