Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 232 Bakı şəhəri, 26 aprel 2024-cü il

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 8.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

1. “Regional Su Meliorasiya Xidməti­nin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizam-naməsi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Nizamnaməsi” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Tikilməkdə Olan Obyektlərin Mü­diriyyətinin Nizamnaməsi” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Su və Meliorasiya Kompleksinin La­yihələndirilməsi İnstitu-tunun Nizamnaməsi” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti­nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarix­li 50 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257 (Cild I); 2024, № 1, maddə 105) və “Azərbaycan Meliorasiya və Su Təsər­rüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizam­na-məsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 576 (Cild I) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                       1 nömrəli əlavə

 

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

1.             Ümumi müddəalar

1.1.            Regional Su Meliorasiya Xidməti (bundan sonra – Xidmət) meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri (bundan sonra – iri şəhərlər) istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir; 

1.2.            Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3.            Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4.            Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünü-idarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5.            Xidmət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Xidmət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6.            Xidmətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.7.            Qanuna uyğun olaraq, Xidmətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Xidmət məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8.            Xidmət Bakı şəhərində yerləşir.

2.             Xidmətin fəaliyyət istiqamətləri

2.1.            Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1.        müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək və həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

2.1.2. dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, balansında olan içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını təmin etmək;

2.1.3. meliorasiya və irriqasiya sahəsində xidmətləri göstərmək;

2.1.4. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək; 

2.1.5. balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

2.1.6. su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;

2.1.7. su təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;

2.1.8. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.9. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3.             Xidmətin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

3.1.2. dövlət su kadastrının, habelə yerüstü və yeraltı suların dövlət uçotunun aparılmasında iştirak etmək;

3.1.3. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.1.4. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsində iştirak etmək, balansında olan su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunda nəzərdə tutulmuş sanitariya mühafizə zonalarının yaradılması və ona nəzarətin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək, obyektlərin istismarı və sanitariya mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək; 

3.1.5. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və onlardan istifadə qaydasının müəyyən edilməsində iştirak etmək;

3.1.6. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün tədbirlər planının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.7. təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış balansında olan su təsərrüfatı obyektlərinin bərpasına dair təkliflər hazırlamaq;

3.1.8. su təsərrüfatı tədbirlərinin və su ehtiyatlarına Azərbaycan Respublikasının perspektiv tələbatının müəyyən edilməsində iştirak etmək, su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsinin baş sxeminin, hövzə və ərazi sxemlərinin hazırlan-masında iştirak etmək;

3.1.9. su itkisinin qarşısının alınması sahəsində tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aqrar sahədə müasir suvarma sistemlərinin tətbiqinin təşviqi ilə bağlı təkliflər vermək;

3.1.10. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) sudan qənaətlə istifadə olunmasını, o cümlədən itkilərin qarşısının alınmasını və içməli suyun keyfiyyətinin texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğunlaşdırılmasını həyata keçirmək;

3.1.11. balansında olan meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

3.1.12. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su mühafizə zonalarındakı torpaqlardan istifadəyə dair Agentliyə rəy bildirmək;

3.1.13. balansında olan hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətinin və konservasiya işlərinin dayandırılması barədə təkliflər vermək;

3.1.14. su obyektlərinin, balansında olan hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdud-laşdırılması, dayandırılması və qadağan olunması barədə Agentliyə təkliflər vermək; 

3.1.15. dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısının tərtib edilməsində iştirak etmək;

3.1.16. Xidmət tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunu aparmaq;

3.1.17. su obyektlərinin təyinatından asılı olaraq ölkənin rayon və şəhərlərində suyun tələbata uyğun paylaşdırılmasını təmin etmək;

3.1.18. su ehtiyatlarından istifadə sahəsində proqnoz və layihələrin hazırlanmasında iştirak etmək;

3.1.19. su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarlarının doldurulub-boşaldılma rejimlərinin müəyyən edilməsində iştirak etmək;

3.1.20. suların axım rejiminə, keyfiyyətinə və istifadəsinə dair məlumatların toplanılmasında iştirak etmək;

3.1.21. təbii fəlakət və texnogen qəzalar nəticəsində su obyektlərində, meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləşdirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində iştirak etmək;

3.1.22.  ərazi planlaşdırılması sənədlərinə dair Agentliyə təkliflər vermək;

3.1.23. ölkə, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasında iştirak etmək;

3.1.24. meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) tikintiyə icazə verilməsinə dair Agentliyə rəy bildirmək, tikinti obyektlərinin istismarına icazə üçün istismara hazır olması barədə sənədlər vermək;

3.1.25. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər vermək və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək;

3.1.26. daşqın və subasma zonalarının müəyyənləşdirilməsində iştirak etmək;

3.1.27. su ehtiyatlarının idarə edilməsi sahəsində müasir metodların tətbiqi barədə təkliflər vermək;

3.1.28. transsərhəd su obyektlərinin, hidrotexniki qurğuların, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istisma-rında iştirak etmək;

3.1.29. transsərhəd su obyektlərindən, hidrotexniki qurğulardan, meliorasiya və irriqasiya sistemlərindən istifadə sahəsində beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.30. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) sudan ödənişli istifadəni həyata keçirmək; 

3.1.31. meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin pasportlaşdırıl-masında, habelə meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılmasında iştirak etmək;

3.1.32. dövlət mülkiyyətində olan meliorasiya, irriqasiya, qış otlaqlarının su təminatı sistemlərinin istismarını, sel və daşqınlara qarşı mübarizə tədbirlərini həyata keçirmək, eləcə də bu sahədə xidmətlər göstərmək; 

3.1.33. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək, eləcə də bu sahədə xidmətlər göstərmək; 

3.1.34. Sudan İstifadəedənlər Birliklərinin (bundan sonra – Birliklər) xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchizatını həyata keçirmək;

3.1.35. Birliklərin istifadəsində olan sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını həyata keçirmək;

3.1.36. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Birliklərin reyestrini aparmaq və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.1.37. meliorasiya və irriqasiya sahəsində ölkə və regional miqyaslı proqramların hazırlanmasında və həyata keçirməsində iştirak etmək;

3.1.38. su və su təsərrüfatı obyektlərindən Xidmət tərəfindən götürülən suların bölüşdürülməsini təmin etmək; 

3.1.39. suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu təşkil etmək və monitorinqini aparmaq;

3.1.40. suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarına nəzarəti həyata keçirmək;

3.1.41. sudan istifadə ilə bağlı dövlət tənzimləməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşdırılmasında iştirak etmək və bu sahədə Agentliyə təkliflər vermək;

3.1.42. ölkə əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə sudan istifadəyə dair ümumsistem planlarını hazırlamaq;

3.1.43. müəyyən müddət üçün sudan istifadə limitlərini müəyyən etmək;

3.1.44. balansında olan hidrotexniki qurğuların təhlükəsizlik bəyannamələrini tərtib etmək;

3.1.45. balansında olan su təchizatı və tullantı sularının emalı və axıdılması sistemlərinin, sutəmizləyici qurğularının, nasos stansiyalarının, su kəmərlərinin istismarı, təmiri və onlara texniki xidmət göstərilməsi işlərini təşkil etmək; 

3.1.46. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su təchizatı üçün suyun mənbədən götürülməsini, emalını, nəqlini və satışını həyata keçirmək; 

3.1.47. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyəti həyata keçirmək;

3.1.48. ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) su təchizatı sahəsində iş və xidmətlərin göstərilməsi üçün dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər ilə müvafiq müqavilə bağlamaq; 

3.1.49. istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və suölçmə cihazlarının quraşdırılmasını təmin etmək;

3.1.50. texniki normativ hüquqi aktlara müvafiq olaraq içməli, məişət-təsərrüfat və sənaye-çirkab sularının keyfiyyət göstəricilərinin analitik nəzarətini təşkil etmək;

3.1.51. meliorasiya, irriqasiya, su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanması üçün təkliflər vermək;

3.1.52. müvafiq sahədə “Coğrafi İnformasiya Sistemi”nin (GİS) formalaşdırılmasını, aparılmasını və təkmilləşdirilməsini həyata keçirmək; 

3.1.53. “Elektron su təsərrüfatı” informasiya sisteminə fəaliyyət istiqamətlərinə aid məlumatları daxil etmək;

3.1.54. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək;

3.1.55. qanunvericilikdə nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlamalar aparmaq; 

3.1.56. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; 

3.1.57. strukturuna daxil olan idarələrin və digər struktur bölmələrin və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini təşkil etmək və işinə nəzarəti həyata keçirmək; 

3.1.58. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqra-siyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.59. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.60. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Xidmətin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.61. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.62. Xidmətə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.63. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.64. Xidmətin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək, strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.65. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.66. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.67. balansında olan hidrotexniki qurğuların təhlükəsiz-liyinin təmin olunması sahəsində “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;

3.1.68. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş su təchizatı müəssisələrinə aid digər vəzifələri yerinə yetirmək;

3.1.69. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş Xidmətin fəaliyyət istiqamətlərinə aid digər vəzifələri yerinə yetirmək;

3.1.70. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və qurumun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.71. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Agentliyə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Agentliyə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araş-dırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.6. sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədilə ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək;

3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.11. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş su təchizatı müəssisələrinə aid digər hüquqları həyata keçirmək.

4.             Xidmətin idarə olunması

4.1. Xidmət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Xidmətin strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

4.3. Xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. 

4.4. Xidmətin idarəetmə orqanı onun İdarə Heyətidir. 

4.5. İdarə Heyəti Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti beş üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun dörd müavinindən ibarətdir.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin əmri ilə müavinlərindən biri icra edir.

4.7. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.7.1. Xidmətin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.7.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Agentliyə təkliflər vermək və sənədlər (o cümlədən Xidmətin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.3. Xidmətin inkişaf istiqamətləri barədə Agentliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.4. Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Agentliyə təkliflər vermək;

4.7.5. Agentliyin razılığı ilə Xidmətin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, Xidmətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.7.7. Xidmətin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), Xidmətin struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamə-lərini və Agentliklə razılaşdırmaqla təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. bu Nizamnamənin 3.1.62-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.7.9. Xidmətin strateji məqsədlərinin, planlarının və büdcəsinin icrasına nəzarət etmək;

4.7.10. Xidmətin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.7.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxla-maların nəticələrinə dair tədbirlər görmək;

4.7.12. Agentliyin razılığı ilə Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.13. aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.14. Xidmətin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.16. Xidmətin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.

4.8. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.12. İdarə Heyətinin sədri:

4.12.1. Xidmətin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.12.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.12.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.12.5. Xidmətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.12.6. Xidmətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.12.7. özünün və Xidmətin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.12.8. Xidmətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşla-rına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.12.9. Xidmətin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin, (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin, onların müavin-lərinin, baş mühəndislərinin və baş mühasiblərinin) Nizamnamənin 4.3-cü bəndini nəzərə alaraq, vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir; 

4.12.10. Xidmətin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Xidmətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.12.12. Xidmətin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.12.13. Xidmətin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.12.14. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.12.15. Xidmətdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.13. İdarə Heyətinin üzvləri:

4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.13.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.13.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13.6. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5.             Xidmətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1.            Xidmətin nizamnamə fondu 5 826 007 294 (beş milyard səkkiz yüz iyirmi altı milyon yeddi min iki yüz doxsan dörd) manatdır.

5.2.            Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən  digər vəsaitdən formalaşır.

5.3. Xidmət öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Xidmət qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Xidmətin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Xidmətin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər. 

5.6. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərə-findən müəyyən edilmiş su təchizatı və tullantı sularının axıdılması, suvarma suyunun verilməsi ilə bağlı xidmətlərinin tarifləri istisna olmaqla, Xidmətin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6.             Xidmətin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1.            Xidmətin fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2.            Xidmətin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

7.             Xidmətdə uçot və hesabat

7.1.            Xidmət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2.            Xidmət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir. 

7.3.            Xidmət idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4.      Xidmət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8.    Xidmətin ləğvi və yenidən təşkili

Xidmətin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 

_________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

                                                                            2 nömrəli əlavə

 

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

 

1.             Ümumi müddəalar

 

1.1.            İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (bundan        sonra – Xidmət) Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində (bundan sonra – iri şəhərlər) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması (bundan sonra – müvafiq sahə) xidmətlərini göstərən publik hüquqi şəxsdir. 

1.2.            Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3.            Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktlarını və Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4.            Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünü-idarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5.            Xidmət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Xidmət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6.            Xidmətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.7.            Qanuna uyğun olaraq, Xidmətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Xidmət məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8.  Xidmət Bakı şəhərində yerləşir.

2.  Xidmətin fəaliyyət  istiqamətləri

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 

2.1.2. iri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli və satışı  sahəsində fəaliyyəti həyata keçirmək; 

2.1.3. iri şəhərlərə xidmət göstərən  su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını həyata keçirmək;

2.1.4. iri şəhərlərdə istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının axıdılması xidmətlərini göstərmək;

2.1.5. balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək;

2.1.6. su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək;

2.1.7. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Xidmətin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

3.1.1.        müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

3.1.2.        iri şəhərlərdə suların vəziyyətinə zərərli təsir edən texniki qurğuların, avadanlığın, müəssisələrin (və ya onların bir hissəsinin) və digər obyektlərin istismara buraxılmasının qadağan edilməsi barədə, habelə onların istismarının məhdudlaşdırılması, dayandırılması və fəaliyyətinin qadağan edilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.1.3. iri şəhərlərdə su obyektlərinin, o cümlədən içməli su təchizatı mənbələrinin sanitariya mühafizə zonaları və dairələrinin rejiminin təyin edilməsində iştirak etmək, iri şəhərlərə xidmət göstərən su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericilikdə nəzərdə tutulmuş sanitariya mühafizə zonalarını yaratmaq və ona  nəzarəti həyata keçirmək, su təchizatı və kanalizasiya obyektlərinin istismarı və sanitar-mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək; 

3.1.4. iri şəhərlərdə su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və onlardan istifadə qaydasının müəyyən edilməsində iştirak etmək;

3.1.5. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək;

3.1.6. təbii fəlakət və texnogen qəza nəticəsində balansında olan zədələnmiş və ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpa olunması üçün Agentliyə təkliflər vermək;

3.1.7. su təsərrüfatı tədbirlərinin və su ehtiyatlarına Azərbaycan Respublikasının perspektiv tələbatının müəyyən edilməsində iştirak etmək;

3.1.8. iri şəhərlərdə sudan qənaətlə istifadə olunması, o cümlədən itkilərinin qarşısının alınması və içməli suyun keyfiyyətinin texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğunlaşdırılmasını təmin etmək;

3.1.9. balansında olan su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması obyektlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

3.1.10. iri şəhərlərdə su mühafizə zonalarındakı torpaqlardan istifadəyə dair Agentliyə rəy vermək;

3.1.11. balansında olan hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə Agentliyə təkliflər vermək;

3.1.12. balansında olan hidrotexniki qurğuların və su təchizatı sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həmin obyektlərdən (onların bir hissəsindən) istifadənin məhdudlaşdırılması, dayandırılması və qadağan olunması barədə Agentliyə təkliflər vermək;

3.1.13. Xidmət tərəfindən su obyektlərindən götürülən və onlara axıdılan suların uçotunu aparmaq;

3.1.14. su ehtiyatlarından istifadə olunması sahəsində proqnoz və layihələrin hazırlanmasında iştirak etmək;

3.1.15. suların keyfiyyəti və istifadəsi haqqında məlumatların toplanılmasında iştirak etmək; 

3.1.16. təbii fəlakət və texnogen qəzalar nəticəsində  balansında olan su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləş-dirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətlən-dirilməsində iştirak etmək;

3.1.17. ərazi planlaşdırılması sənədlərinə dair Agentliyə təkliflər vermək;

3.1.18. ölkə, su hövzələri və inzibati ərazi vahidləri üzrə su təsərrüfatı balanslarının hazırlanmasında iştirak etmək;

3.1.19. su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə iri şəhərlərdə tikintiyə icazə verilməsinə dair Agentliyə rəy bildirmək, tikinti obyektlərinin istismarına icazə üçün istismara hazır olması barədə sənədlər vermək; 

3.1.20. iri şəhərlərdə tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün  müraciətlər əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq müvafiq texniki şərtlər vermək və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək; 

3.1.21. iri şəhərlərdə sudan ödənişli istifadəni həyata keçirmək;

3.1.22. içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin pasportlaşdırılmasında iştirak etmək;

3.1.23. su və su təsərrüfatı obyektlərindən Xidmət tərəfindən götürülən suları müəyyən edilmiş qaydada bölüşdürmək; 

3.1.24. sudan istifadə ilə bağlı dövlət tənzimləməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşdırılmasında iştirak etmək və bu sahədə Agentliyə təkliflər vermək;

3.1.25. balansında olan hidrotexniki qurğuların təhlükəsizlik bəyannamələrini tərtib etmək; 

3.1.26. balansında olan su təchizatı və tullantı sularının emalı və axıdılması sistemlərinin sutəmizləyici qurğuların, nasos stansi-yalarının, su kəmərlərinin istismarı, təmiri və onlara texniki xidmət göstərilməsi işlərini təşkil etmək; 

3.1.27. iri şəhərlərdə yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi kənarlaşdırılması sahəsində fəaliyyəti  həyata keçirmək;

3.1.28. iri şəhərlərdə su təchizatı üçün suyun mənbədən götürülməsini, emalını, nəqlini və satışını həyata keçirmək; 

3.1.29. iri şəhərlərdə su təchizatı sahəsində iş və xidmətlərin göstərilməsi üçün dövlət hakimiyyəti orqanları ilə, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaq; 

3.1.30. istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və suölçmə cihazlarının quraşdırılmasını təmin etmək;

3.1.31. texniki normativ hüquqi aktlara müvafiq olaraq içməli, məişət-təsərrüfat və sənaye-çirkab sularının keyfiyyət göstəricilərinin analitik nəzarətini təşkil etmək;

3.1.32. su təchizatının və kanalizasiya sisteminin yaxşılaş-dırılması və inkişafı istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanması üçün təkliflər vermək;

3.1.33. müvafiq sahədə “Coğrafi İnformasiya Sistemi”nin (GİS) formalaşdırılmasını, aparılmasını və təkmilləşdirilməsini həyata keçirmək; 

3.1.34. “Elektron su təsərrüfatı” informasiya sisteminə fəaliyyət istiqamətlərinə aid məlumatları daxil etmək;

3.1.35. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək, müvafiq məsələlərə münasibət bildirmək; 

3.1.36. qanunvericilikdə nəzərdə tutulmuş hallarda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlamalar aparmaq; 

3.1.37. strukturuna daxil olan idarələrin və digər struktur bölmələrin, tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini təşkil etmək və işinə nəzarəti həyata keçirmək; 

3.1.38. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; 

3.1.39. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.40. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.41. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Xidmət əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.42. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.43. Xidmətə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.44. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.45. Xidmətin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.46. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.47. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.48. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.49. balansında olan hidrotexniki qurğuların təhlükəsiz-liyinin təmin olunması sahəsində “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək;

3.1.50. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş su təchizatı müəssisələrinə aid digər vəzifələri yerinə yetirmək.

3.1.51. dövlət orqanlarının və qurumlarının, yerli özünü-idarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Agentliyə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Agentliyə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdır-malar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.6. sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədilə iri şəhərlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək; 

3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.11. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.12. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş su təchizatı müəssisələrinə aid digər hüquqları həyata keçirmək.

4. Xidmətin idarə olunması

4.1. Xidmət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Xidmətin strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

4.3. Xidmətin struktur bölmələrinin rəhbərləri, habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. 

4.4. Xidmətin idarəetmə orqanı onun İdarə Heyətidir. 

4.5. İdarə Heyəti Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti beş üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun dörd müavinindən ibarətdir.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin əmri ilə müavinlərindən biri icra edir.

4.7. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.7.1. Xidmətin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.7.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Agentliyə təkliflər vermək və sənədlər (o cümlədən Xidmətin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.3. Xidmətin inkişaf istiqamətləri barədə Agentliyə təkliflər vermək, habelə strateji məqsədini və planlarını müəyyən etmək;

4.7.4. Xidmətin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Agentliyə təkliflər vermək;

4.7.5. Agentliyin razılığı ilə Xidmətin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Xidmətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək; 

4.7.6. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.7.7. Xidmətin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), struktur bölmələrin, habelə Xidmətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini və Agentliklə razılaşdırmaqla təsərrüfat cəmiyyət-lərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. bu Nizamnamənin 3.1.43-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.7.9. Xidmətin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.7.10. Xidmətin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.7.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.12. Agentliyin razılığı ilə Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.13. aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.14. Xidmətin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.16. Xidmətin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.

4.8. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.12. İdarə Heyətinin sədri:

4.12.1. Xidmətin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.12.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.12.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.12.5. Xidmətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.12.6. Xidmətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.12.7. özünün və Xidmətin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.12.8. Xidmətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.12.9. Xidmətin, o cümlədən onun idarə, filial və nümayən-dəliklərinin, tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin, onların müavinlərinin, baş mühəndislərinin və baş mühasiblərinin), Nizamnamənin 4.3-cü bəndini nəzərə alaraq, vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir; 

4.12.10. Xidmətin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Xidmətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.12.12. Xidmətin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.12.13. Xidmətin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.12.14. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.12.15. Xidmətdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.13. İdarə Heyətinin üzvləri:

4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.13.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.13.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13.6. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Xidmətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Xidmətin nizamnamə fondu 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır. 

5.2. Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Xidmət öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Xidmət qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Xidmətin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyin-dəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Xidmətin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər. 

5.6. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri istisna olmaqla, Xidmətin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir. 

6. Xidmətin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Xidmətin fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Xidmətin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

7. Xidmətdə uçot və hesabat

7.1. Xidmət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Xidmət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir. 

7.3. Xidmət idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Xidmət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. 

8. Xidmətin ləğvi və yenidən təşkili

Xidmətin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 

 

_________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

                                                                           3 nömrəli əlavə

 

“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin

 

NİZAMNAMƏSİ

 

1.        Ümumi müddəalar

 

1.1. “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxs (bundan sonra – İnstitut) su və meliorasiya sahəsində (bundan sonra – müvafiq sahə) fundamental və tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir.

1.2. İnstitut Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3.İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünü-idarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. İnstitut ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İnstitut bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.7. Qanuna uyğun olaraq, İnstitutun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İnstitut məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. İnstitut  Bakı şəhərində yerləşir.

2. İnstitutun fəaliyyət istiqamətləri

2.1. İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə elmi-praktiki və eksperimental  araşdırmalar aparmaq;

2.1.2. müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək;

2.1.3. müvafiq sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamaq;

2.1.4. müvafiq sahədə  tədqiqatlar aparmaq;

2.1.5. müvafiq sahə üzrə elmi-metodiki tövsiyələr hazırlamaq; 

2.1.6. müvafiq sahədə peşəkar mütəxəssislərin və yüksək-ixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək;

2.1.7. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;

2.1.8. Agentliyin, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin elmi əsaslarının hazırlanmasını həyata keçirmək;

2.1.9. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. İnstitutun vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq, İnstitutun vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 

3.1.2. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün tədbirlər planının hazırlanmasında iştirak etmək;

3.1.3. su təsərrüfatı tədbirlərinin və su ehtiyatlarına Azərbaycan Respublikasının perspektiv tələbatının müəyyən edilməsində, su ehtiyatlarından kompleks istifadə və həmin obyektlərin mühafizəsi baş sxeminin, hövzə və ərazi sxemlərinin hazırlanmasında iştirak etmək; 

3.1.4. sudan qənaətlə istifadə olunması, o cümlədən su itkilərinin qarşısının alınması ilə bağlı təkliflər hazırlamaq;

3.1.5. su ehtiyatlarından istifadə sahəsində proqnoz və layihələrin hazırlanmasında iştirak etmək;

3.1.6. suların axım rejiminə, keyfiyyətinə və istifadəsinə dair məlumatların toplanılmasında və təhlilində iştirak etmək;

3.1.7. su ehtiyatlarının idarə edilməsi sahəsində müasir metodların tətbiqi ilə bağlı təkliflər vermək;

3.1.8. sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər hazırlamaq;

3.1.9. meliorasiya və irriqasiya sahəsində ölkə və regional miqyaslı proqramların hazırlanmasında iştirak etmək; 

3.1.10. meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınması, saxlanılması və qorunması ilə bağlı tədbirlərə dair təkliflər hazırlamaq;

3.1.11. sudan istifadə ilə bağlı dövlət tənzimləməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşdırılmasına dair Agentliyə  təkliflər vermək;

3.1.12. Agentliyin və onun tabeliyində olan qurumların balansında olan hidrotexniki qurğuların təhlükəsizlik bəyannamə-lərinin və istismar qaydaların hazırlanmasında iştirak etmək;

3.1.13. Agentliyinin tapşırığı ilə və ya digər dövlət orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin sifarişi əsasında torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaş-maqdan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma, sürüşmələr, abraziya və digər dağıdıcı proseslərdən qorunması üzrə mübarizə tədbirlərinin layihələrini hazırlamaq; 

3.1.14. meliorasiya, irriqasiya, içməli su təchizatı sistemlərinin istismar etibarlılığının yüksəldilməsi istiqamətində elmi tədqiqat işləri aparmaq, tövsiyələr hazırlamaq və istehsalata tətbiqinə dair təkliflər vermək;

3.1.15. İnstitutun təcrübə-tədqiqat stansiyalarında və dayaq məntəqələrində təcrübi-sınaq işlərinin aparılmasını təmin etmək;

3.1.16. respublikanın rayonları üzrə kənd təsərrüfatı bitkilərinin suvarma rejimlərini hazırlamaq;

3.1.17. yağış və tullantı sularının təkrar istifadəsi ilə bağlı təkliflər hazırlamaq;

3.1.18. müvafiq sahəyə investisiyaların cəlb edilməsi ilə bağlı Agentliyə təkliflər vermək;

3.1.19. müvafiq sahədə dövlət proqramlarının hazırlanmasında iştirak etmək;

3.1.20. müvafiq sahədə elmi tədqiqat və təcrübə-konstruktor işlərini aparmaq;

3.1.21. müvafiq sahə üzrə tövsiyə xarakterli metodiki sənədlərin layihələrini hazırlamaq; 

3.1.22. fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə  yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək;

3.1.23. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onları həyata keçirmək; 

3.1.24. meliorasiya və irriqasiya üzrə avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə dair təkliflər vermək;

3.1.25. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.26. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, İnstitut əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.28. İnstituta ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.29. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.30. İnstitutun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.31. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.32. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.33. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün İnstitutun aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək; 

3.2.2. elmi innovasiya fəaliyyəti ilə məşğul olmaq;

3.2.3. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Agentliyə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. əldə olunması qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, elmi və elmi-texniki informasiyalara sərbəst çıxış əldə etmək, informasiya mübadiləsini həyata keçirmək;

3.2.7. fəaliyyət istiqamətləri üzrə  araşdırmalar, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, rəy və təkliflər vermək, habelə işçi qruplar və komissiyalar yaratmaq;

3.2.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.10. elmi tədqiqat və təcrübi-istehsalat bazasını inkişaf etdirmək; 

3.2.11. müasir tələblərə cavab verən infrastruktur yaratmaq məqsədilə xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək; 

3.2.12. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıda göstərilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq:

3.2.13.1. təcrübə-konstruktor, elmi layihələndirmə işlərinin həyata keçirilməsi;

3.2.13.2. elmi nailiyyətlərin tətbiqi yolu ilə elm tutumlu məhsulların istehsalı və satışı;

3.2.13.3. kitabxana, nəşriyyat və kitab satışı xidmətləri;

3.2.13.4. məsləhət-konsaltinq xidmətləri;

3.2.13.5. ödənişli laboratoriya testləri və sınaq işləri;

3.2.13.6. layihə və müsabiqə sənədlərinin hazırlanması;

3.2.13.7. elmi-praktiki tədbirlərin təşkili, sistem və şəbəkə dəstəyi xidmətləri;

3.2.13.8. informasiya xidmətləri;

3.2.13.9. sifarişlər əsasında elmi araşdırma və tədqiqatların aparılması, ekspert rəyinin verilməsi;

3.2.13.10. elmi tədqiqat İnstitutunun fəaliyyət istiqamətlərinə zidd olmayan işlərin görülməsi və xidmətlərin göstərilməsi;

3.2.14. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.16. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. İnstitutun idarə olunması

4.1. İnstitut öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İnstitutun strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

4.3. İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura aşağıdakı funksiyaları yerinə yetirir:

4.3.1. İnstitutun strukturunu müəyyən edir və təsdiq edilməsi üçün Agentlik qarşısında vəsatət qaldırır;

4.3.2. İnstitutun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir;

4.3.3. elmi inkişaf ilə bağlı müxtəlif problemlərin müzakirəsini keçirir və tövsiyələr hazırlayır;

4.3.4. İnstitutun fəaliyyətinin illik hesabatını və ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir;

4.3.5. elmi işçilərin fəaliyyətinin stimullaşdırılması üçün qərarlar qəbul edir;

4.3.6. elmi işçilərin attestasiyasını və işə qəbulu üzrə müsabiqələrin keçirilməsini təşkil edir;

4.3.7. hər il öz iş planını və reqlamentini təsdiq edir;

4.3.8. yüksəkixtisaslı elmi kadrların hazırlanmasında və əlavə təhsili sahəsində qərarlar qəbul edir;

4.3.9. ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır;

4.3.10. elmi nəşrlərin hazırlanması üçün redaksiya heyətini yaradır;

4.3.11. digər elmi müəssisələrlə və təşkilatlarla əməkdaşlıq məsələlərinə baxır;

4.3.12. doktorantların və dissertantların hesabatlarının müzakirəsi, dissertasiya mövzularının təsdiq olunması məsələlərinə baxır.

4.4. İnstitutun  Elmi Şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də İnstitutun Nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər qurumların nümayəndələrindən ibarət olmaqla, 3 (üç) il müddətinə formalaşdırılır. Elmi Şuranın tərkibi Agentliyin sədri tərəfindən təsdiq olunur.

4.5. İnstitutun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyəti üç üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin əmri ilə müavinlərindən biri icra edir. 

4.7. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.7.1. İnstitutun fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.7.2. İnstitutun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim etmək;

4.7.3. İnstitutun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Agentliyə təkliflər vermək;

4.7.4. Agentliyin razılığı ilə İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İnstitutun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək; 

4.7.5. bu Nizamnamənin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.7.6. İnstitutun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqların toqquşmasının istisna olunması qaydasını), habelə İnstitutun struktur bölmələrin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini və Agentliklə razılaşdırmaqla təsərrüfat cəmiyyət-lərinin nizamnamələrini təsdiq etmək;

4.7.7. bu Nizamnamənin 3.1.28-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.7.8. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.7.9. İnstitutun kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.7.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.11. Agentliyin razılığı ilə İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.12. aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.13. İnstitutun fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.14. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.15. İnstitutun fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin və Elmi Şuranın səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.

4.8. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.12. İdarə Heyətinin sədri:

4.12.1. İnstitutun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.12.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.12.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.12.5. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.12.6. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.12.7. ali attestasiya orqanı qarşısında dissertasiya şurasının yaradılması barədə vəsatət qaldırır;

4.12.8. İnstitutun mütəxəssislərini, elmi xidmət sahəsinin işçilərini, Elmi Şurasında seçilmiş elmi işçilərini, digər əməkdaşları və Agentliyin sədri ilə razılaşdırmaqla İnstitutun maliyyə struktur bölməsinin rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.12.9. İnstitutun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.12.10. İnstitut işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, İnstitutun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.12.12. İnstitutun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.12.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İnstitutun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.12.14. İnstitutun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.12.15. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.12.16. İnstitutda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.12.17. İnstitutda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.13. İdarə Heyətinin üzvləri:

4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.13.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.13.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13.6. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

4.14. İnstitutun elmi işçiləri Elmi Şurasında seçilir. İnstitutun elmi işçilərin işə qəbulu Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. İnstitutun elmi işçilərin hüquqları və vəzifələri  Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu və onunla bağlanılmış əmək müqaviləsi ilə müəyyən edilir.

4.15. İnstitutun mütəxəssisinin və elmi xidmət sahəsi işçisinin işə qəbulu qaydaları, hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  müəyyən edilir.

4.16. İnstitutun digər işçilərin işə qəbulu qaydaları, hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müəyyən edilir.

5. İnstitutun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. İnstitutun nizamnamə fondu 9 617 070 (doqquz milyon altı yüz on yeddi min yetmiş) manatdır. 

5.2. İnstitutun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən  digər vəsaitdən formalaşır.

5.3. İnstitut öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İnstitut balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. İnstitut qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra İnstitutun, onun idarə, filial, nümayən-dəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. İnstitutun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər. 

5.6. İnstitutun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. İnstitutun fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Elmi Şura və İdarə Heyəti həyata keçirirlər.

6.2. İnstitutun fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

7. İnstitutda uçot və hesabat

7.1. İnstitut “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir. 

7.3. İnstitut idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. İnstitut öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. İnstitutun ləğvi və yenidən təşkili

İnstitutun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 

_________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                           4 nömrəli əlavə

 

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

1.       Ümumi müddəalar

1.1. Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti (bundan sonra – Müdiriyyət) tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları (bundan sonra – müvafiq sahə) təşkil edən publik hüquqi şəxsdir.

1.2. Müdiriyyət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3. Müdiriyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. Müdiriyyət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünü-idarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Müdiriyyət ümumdövlət və  ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Müdiriyyət bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Müdiriyyətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.7. Qanuna uyğun olaraq, Müdiriyyətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Müdiriyyət məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Müdiriyyət Bakı şəhərində yerləşir.

2.      Müdiriyyətin fəaliyyət istiqamətləri

2.1.     Müdiriyyətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini təmin etmək;

2.1.2. əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin etmək;

2.1.3. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və bunlarla bağlı digər obyektlərinin inşası, yenidən qurulması və bərpası ilə bağlı satınalmaları təşkil etmək; 

2.1.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Müdiriyyətin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq, Müdiriyyətin vəzifələri aşağıdakılardır:

3.1.1. meliorasiya, su təsərrüfatı obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və bunlarla bağlı digər obyektlərin inşası, yenidən qurulması, bərpası üzrə sifarişçi funksiyalarını yerinə yetirmək, bu məqsədlər üçün ayrılan vəsait hesabına tikilən obyektlərin inşasına nəzarət etmək və onların vaxtında istifadəyə verilməsini təmin etmək; 

3.1.2. selə, daşqınlara və eroziyaya qarşı mübarizə tədbirləri və sahilbərkitmə işləri üzrə sifarişçi funksiyalarını yerinə yetirmək;

3.1.3. əsaslı tikintinin illik və perspektiv planlarının hazırlanmasını təşkil etmək;

3.1.4. tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanmasını təşkil etmək; 

3.1.5. meliorasiya və irriqasiya sistemlərinin layihələrinin dövlət ekspertizasını həyata keçirmək;

3.1.6. tikinti obyektlərinin inşası, yenidən qurulması və bərpası üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını təşkil etmək;

3.1.7. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və bunlarla bağlı  digər obyektlərin inşası, yenidən qurulması və bərpası ilə bağlı satınalmaları təşkil etmək;

3.1.8. Müdiriyyətin sifarişi əsasında həyata keçirən işlər üzrə texniki nəzarəti təşkil etmək; 

3.1.9. əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsi üzrə təkliflər hazırlamaq;

3.1.10. meliorasiya və su təsərrüfatının, su təchizatı və kanalizasiya sistemlərinin inkişafı üzrə məqsədli proqramların hazırlanmasında iştirak etmək;

3.1.11. əsaslı vəsait qoyuluşu üzrə investisiya proqramlarının hazırlanmasında iştirak etmək;

3.1.12. Agentliyin sifarişi ilə sel və daşqın nəticələrinin aradan qaldırılması üçün  su təsərrüfatı obyektlərinin tikintisi (bərpası) işlərinin həyata keçirilməsini təşkil etmək;

3.1.13. təbii fəlakət və texnogen qəzalar nəticəsində meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş  qəzalar nəticəsində dəymiş zərərin qiymətləndirilməsində iştirak etmək;

3.1.14. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; 

3.1.15. Müdiriyyətin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.16. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Müdiriyyətin əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.18. Müdiriyyətə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.20. Müdiriyyətin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.21. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün  Müdiriyyətin aşağıdakı hüquqları vardır:

3.2.1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.2. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.3. fəaliyyət istiqamətləri üzrə müqavilələr bağlamaq, rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.4. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.5. əməkdaşlarını dövlət təltifləri və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.6. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək.

4. Müdiriyyətin idarə olunması

4.1. Müdiriyyət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Müdiriyyətin strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

4.3. Müdiriyyətin baş mühəndisi, struktur bölmələrinin rəhbərləri,  habelə onun idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar.

4.4. Müdiriyyətin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.5. İdarə Heyəti  Müdiriyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti üç üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun  iki müavinindən ibarətdir.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin əmri ilə müavinlərindən biri icra edir.

4.7. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.7.1. Müdiriyyətin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.7.2.      təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Agentliyə təkliflər vermək və sənədlər (o cümlədən Müdiriyyətin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.7.3.      Müdiriyyətin inkişaf istiqamətləri barədə Agentliyə təkliflər vermək, habelə strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.4.      Müdiriyyətin əldə etdiyi vəsait hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Agentliyə təkliflər vermək; 

4.7.5.      Agentliyin razılığı ilə Müdiriyyətin təsərrüfat cəmiyyət-lərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Müdiriyyətin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək; 

4.7.6.     Müdiriyyətin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə Müdiriyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Agentliklə razılaşdırmaqla təsdiq etmək;

4.7.7.     bu Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.7.8. Müdiriyyətin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.7.9. Müdiriyyətin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.7.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.7.11. Agentliyin razılığı ilə Müdiriyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Müdiriyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.12. aidiyyəti şəxslə dəyəri Müdiriyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.13. Müdiriyyətin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.14. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.15. Müdiriyyətin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.

4.8.        İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9.         İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10.      İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.11.       Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.12.       İdarə Heyətinin sədri:

4.12.1. Müdiriyyətin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.12.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.12.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.12.5. Müdiriyyətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.12.6. Müdiriyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.12.7. özünün və Müdiriyyətin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.12.8. Müdiriyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.12.9. Müdiriyyətin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin, onların müavin-lərinin, baş mühəndislərinin və baş mühasiblərinin) Nizamnamənin 4.3-cü bəndini nəzərə alaraq, vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir; 

4.12.10. Müdiriyyətin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Müdiriyyətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.12.13. Müdiriyyətin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.12.14. Müdiriyyətin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.12.15. Müdiriyyətdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.12.16. Müdiriyyətdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.13.       İdarə Heyətinin üzvləri:

4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.13.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.13.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar;

4.13.6. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Müdiriyyətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Müdiriyyətin nizamnamə fondu 59 981 (əlli doqquz min doqquz yüz səksən bir) manatdır. 

5.2. Müdiriyyətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Müdiriyyət öz əmlakından yalnız Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Müdiriyyətin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Müdiriyyət qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Müdiriyyətin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyin-dəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Müdiriyyətin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Müdiriyyətin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Müdiriyyətin fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Müdiriyyətin fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

7. Müdiriyyətdə uçot və hesabat

7.1. Müdiriyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Müdiriyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir. 

7.3. Müdiriyyət idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Müdiriyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Müdiriyyətin ləğvi və yenidən təşkili

Müdiriyyətin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 

________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

                                                                           5 nömrəli əlavə

 

“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

1.  Ümumi müddəalar

1.1. Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu (bundan sonra – İnstitut) su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini (bundan sonra – müvafiq sahə) həyata keçirən publik hüquqi şəxsdir.

1.2. İnstitut Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində fəaliyyət göstərir.

1.3. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbay-can Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Agentliyin sədrinin əmr və sərəncamlarını rəhbər tutur.

1.4. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünü-idarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. İnstitut ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İnstitut bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. 

1.7. Qanuna uyğun olaraq, İnstitutun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İnstitut məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. İnstitut Bakı şəhərində yerləşir.

2. İnstitutun fəaliyyət istiqamətləri

2.1. İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1 Agentlik tərəfindən tabeliyində olan qurumların təsdiq edilmiş smetaları və digər dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə hüquqi və fiziki şəxslərin  sifarişləri əsasında su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər obyektlərin layihələndirilməsini həyata keçirmək; 

2.1.2. qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühəndis-axtarış işlərini həyata keçirmək;

2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. İnstitutun vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamət-lərinə uyğun olaraq, İnstitutun vəzifələri aşağıdakılardır:

3.1.1. su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının ölçülərinin və sərhədlərinin müəyyən edilməsində iştirak etmək, sifariş əsasında su obyektlərinin su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının layihələşdirilməsini həyata keçirmək; 

3.1.2. yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planının hazırlanmasında iştirak etmək; 

3.1.3. təbii fəlakət və texnogen qəzalar nəticəsində zədələnmiş və ya sıradan çıxmış su təsərrüfatı obyektlərinin bərpasına dair  Agentliyin tapşırığı ilə və ya digər dövlət orqanlarının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin sifarişi əsasında təkliflər hazırlamaq; 

3.1.4. sel və daşqın nəticələrinin aradan qaldırılması üçün su təsərrüfatı obyektlərinin tikintisi (bərpası) üzrə layihələndirməni həyata keçirmək;

3.1.5. Agentliyin tapşırığı ilə su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin hazırlamaq; 

3.1.6. hidrotexniki qurğuların təhlükəsizliyinə təsir edən tikinti fəaliyyətini və konservasiya işlərini dayandırmaq barədə Agentliyə təkliflər vermək;

3.1.7. təbii fəlakət və texnogen qəzalar nəticəsində  meliorasiya, irriqasiya, su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərində baş vermiş qəzaların səbəblərinin müəyyənləş-dirilməsində və bu qəzalar nəticəsində dəymiş zərərin qiymətlən-dirilməsində iştirak etmək;

3.1.8. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin istismarının təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq;

3.1.9. qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühəndis-geodeziya, mühəndis-geoloji axtarış, mühəndis-hidrogeoloji axtarış, geofiziki işləri və qruntların laboratoriya tədqiqatlarını aparmaq;

3.1.10. sifarişçi ilə bağlanılmış müqaviləyə əsasən ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını  həyata keçirmək;

3.1.11. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər tikinti obyektlərinin və ya onların ayrı-ayrı hissələrinin layihələrini hazırlanmaq; 

3.1.12. tikinti layihələrinin Azərbaycan Respublikası Şəhər-salma və Tikinti Məcəlləsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin etmək və buna görə cavabdehlik daşımaq;

3.1.13. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər tikinti obyektlərinin, tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasına müəllif nəzarətini həyata keçirmək; 

3.1.14. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər tikinti obyektinin istismara verilməsində iştirak etmək; 

3.1.15. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, genişləndirilməsi üzrə layihələrin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını həyata keçirmək; 

3.1.16. su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanması üçün təkliflər vermək;

3.1.17. su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı su təchizatı və kanalizasiya müəssisələrinin sifarişi əsasında mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədlərin (texniki şərtlərin) hazırlanmasını həyata keçirmək; 

3.1.18. tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün layihə sənədlərinin hazırlanmasını həyata keçirmək;

3.1.19. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanmasını təşkil etmək;

3.1.20. aşağıdakı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək: 

3.1.20.1. tikinti fəaliyyətinin mühəndis-axtarış və layihələn-dirmə peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktlar; 

3.1.20.2. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyaların keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar;

3.1.20.3. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin və bunlarla əlaqəli olan digər tikinti obyektlərinin, o cümlədən magistral boru kəmərlərinin (su, kanalizasiya və s.) layihələndirilməsi və tikintisi üzrə texniki normativ hüquqi aktlar; 

3.1.20.4. yaşayış məntəqələrinin və ya onların hissələrinin, ayrı-ayrı tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatına dair texniki normativ hüquqi aktlar;

3.1.20.5. dövlət vəsaitləri hesabına maliyyələşdirilən su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemləri üçün qiymətqoyma və smetalar üzrə texniki normativ hüquqi aktlar;

3.1.20.6. su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsində və tikintisində mülki müdafiə ilə bağlı tələblərin təmin olunmasına dair texniki normativ hüquqi aktlar;

3.1.20.7. müvafiq sahədə digər normativ hüquqi aktlar;

3.1.21. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminə fəaliyyət istiqamətlərinə aid məlumatı daxil etmək;

3.1.22. Agentliyin və onun tabeliyində olan qurumların balansında olan hidrotexniki qurğuların istismar qaydalarının hazırlanmasında iştirak etmək;

3.1.23. ölkə üzrə yeni su təsərrüfatı obyektlərinin yaradılması və su təchizatı sistemlərinin genişləndirilməsi barədə təkliflər hazırlamaq;

3.1.24. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqra-siyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.25. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.26. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, İnstitutun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.28. ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.29. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.30. İnstitutun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.31. fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.32. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.33. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.34. müvafiq sahədə inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək. 

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün İnstitutun aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Agentliyə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Agentliyə təkliflər vermək;

3.2.3. transsərhəd hidrotexniki qurğulardan, meliorasiya və irriqasiya sistemlərindən istifadə sahəsində beynəlxalq müqavilələrin layihələrinə dair Agentliyə təkliflər vermək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdır-malar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.6. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.7. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.8. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.10. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.11. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.12. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq.

4. İnstitutun idarə olunması

4.1. İnstitut öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. İnstitutun strukturu, ştat cədvəli, gəlir və xərclər smetası Agentliyin sədri tərəfindən təsdiq edilir.

4.3. İnstitutun baş mühəndisi, maliyyə struktur bölməsinin rəhbəri, habelə onun idarə, filial və nümayəndəliklərinin,  tabeliyindəki digər qurumların rəhbərləri, onların müavinləri, baş mühəndisləri, baş mühasibləri Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunurlar. 

4.4. İnstitutun idarəetmə orqanı onun İdarə Heyətidir.

4.5. İdarə Heyəti İnstitutun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti üç üzvdən – Agentliyin sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun  iki müavinindən ibarətdir.

4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin əmri ilə müavinlərindən biri icra edir.

4.7. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.7.1. İnstitutun fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.7.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Agentliyə təkliflər vermək və sənədlər (o cümlədən İnstitutun maliyyə hesabatı və fəaliyyətinə dair illik hesabat) təqdim etmək;

4.7.3. İnstitutun inkişaf istiqamətləri barədə Agentliyə təkliflər vermək, habelə strateji məqsəd və planlarını müəyyən etmək;

4.7.4. İnstitutun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi üçün Agentliyə təkliflər vermək;

4.7.5. Agentliyin razılığı ilə İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İnstitutun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.7.6. bu Nizamnamənin 3.1.20-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.7.7. İnstitutun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə İnstitutun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini və Agentliklə razılaşdırmaqla təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.7.8. bu Nizamnamənin 3.1.28-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.7.9. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.7.10. İnstitutun kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.7.11. kənar auditorun yoxlamalarının, habelə digər yoxlama-ların nəticələrinə dair tədbirlər görmək;

4.7.12. Agentliyin razılığı ilə İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.13. aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.7.14. İnstitutun fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.7.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.7.16. İnstitutun fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün məsələlər barədə qərar vermək.

4.8. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclasını çağırır və iclasa sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.9. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.10. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirə-sində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.11. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.

4.12. İdarə Heyətinin sədri:                             

4.12.1. İnstitutun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.12.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.12.3. öz və ya İdarə Heyətinin digər üzvlərinin təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.12.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.12.5. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.12.6. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş sənədlərin icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.12.7. özünün və İnstitutun struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.12.8. İnstitut işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.12.9. İnstitutun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin  (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin, onların müavin-lərinin, baş mühəndislərinin və baş mühasiblərinin), Nizamnamənin 4.3-cü bəndini nəzərə alaraq, vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.12.10. İnstitutun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.12.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində İnstitutun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.12.12. İnstitutun fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.12.13. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

 4.12.14. İnstitutda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

 4.12.15. İnstitutda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.13. İdarə Heyətinin üzvləri:

4.13.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.13.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.13.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.13.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.13.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar;

4.13.6. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. İnstitutun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. İnstitutun nizamnamə fondu 2 502 650 (iki milyon beş yüz iki min altı yüz əlli) manatdır. 

5.2. İnstitutun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən  digər vəsaitdən formalaşır.

5.3. İnstitut öz əmlakından yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İnstitut balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləş-dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. İnstitutun bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyəti Agentlik tərəfindən tabeliyində olan qurumların xərclər smetasında nəzərdə tutulan ayırmalar və qanunla qadağan edilməyən digər gəlirlər hesabına təmin edilir.

5.5. İnstitut qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra İnstitutun, onun idarə, filial, nümayən-dəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.6. İnstitutun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

5.7. İnstitutun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

6. İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. İnstitutun fəaliyyətinə nəzarəti Agentlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.

6.2. İnstitutun fəaliyyətinə dair illik hesabat Agentliyə təqdim edilir.

7. İnstitutda uçot və hesabat

7.1. İnstitut “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib edir.

7.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir. 

7.3. İnstitut idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. İnstitut öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. İnstitutun ləğvi və yenidən təşkili

İnstitutun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Nazirlər kabinetinin qərarları