Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalının Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan və Assosiasiyanın üzvləri Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin 19-cu konqresində (19th Congress of the Middle East Society for Organ Transplantation - MESOT 2025) iştirak ediblər.
Konqresdə Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının iki elmi tədqiqat işi ilə təmsil olunub. Hər iki tədqiqat işi Web of Science bazasında indekləşən “Experimental and clinical transplantology” jurnalının konqres materiallarına dair kitabında çap olunub. Tədqiqat işləri “The Transplantation Society”nin prezidenti prof. Nadey Hakim və tanınmış transplantoloq prof. dr. Gökhan Moray tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, elmi ezamiyyət Başkent Universitetinin rektoru prof. dr. Mehmet Haberalın dəvəti ilə baş tutub.
XQ


.jpeg)

