Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 329 Bakı şəhəri, 3 noyabr 2025-ci il

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 252 nömrəli Fərmanının 7-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 651 (Cild I); 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş 12 nömrəli əlavə - “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.3. hakim vəzifəsində işlədikləri müddət;”;

1.2. aşağıdakı məzmunda 2.2.3-1-ci və 2.2.3-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.3-1. digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;

2.2.3-2. dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı;”;

1.3. 2.2.7-ci yarımbənd ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 589 (Cild I); 2024, № 3, maddə 326) ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“hakim vəzifəsində işlədikləri müddət;”;

2.2. yeddinci − on üçüncü abzaslar müvafiq olaraq səkkizinci − on dördüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;”;

2.3. on ikinci abzasa “əlaqədar” sözündən sonra “və ya attestasiyanın nəticələrinə görə” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 37 (Cild I) ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

“hakim vəzifəsində işlədikləri müddət;”;

3.2. yeddinci − on üçüncü abzaslar müvafiq olaraq səkkizinci − on dördüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 446 (Cild I); 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1.10-cu yarımbənddə “işlədiyi müddət” sözləri “qulluq stajı” sözləri ilə əvəz edilsin;

4.2. 2.2.2-ci yarımbənd ləğv edilsin;

4.3. 2.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.3. digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;”;

4.4. 2.2.3-1-ci yarımbənddə “işlədikləri müddət” sözləri “qulluq stajı” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 441 (Cild I); 2024, № 5 (II kitab), maddə 612; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.10. hakim vəzifəsində işlədikləri müddət;”;

5.2. aşağıdakı məzmunda 2.1.10-1-ci yarımbənd əlavə edilsin:

“2.1.10-1. digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti;”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları