Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 323 Bakı şəhəri, 30 oktyabr 2025-ci il

“Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə”nin və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı”nın təsdiq edilməsi barədə

“Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları