Türkiyə nümayəndə heyəti Baş Prokurorluqda

post-img

Aprelin 29-da Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan Türkiyə İn­san Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, qonağı salamlayaraq, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. 

Baş prokuror müzəffər Ali Baş Ko­mandan cənab İlham Əliyevin rəhbərli­yi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının Azərbaycana si­yasi və mənəvi dəstəyinə görə təşək­kürünü ifadə edib. Kamran Əliyev ölkə rəhbərliyinin diqqət və qayğısı nəticə­sində işğal dövründə ermənilərin xalqı­mızın tarixi, dini və mədəni abidələrinə qarşı törətdikləri vəhşiliklərin və onların fəsadlarının aradan qaldırılması is­tiqamətində Qarabağda aparılan sürət­li quruculuq-bərpa işləri barədə qona­ğa məlumat verib. 

Səmimi qəbula görə öz təşəkkürü­nü bildirən Muharrem Kılıç ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və səmərəli əməkdaşlığın həyata keçiril­diyi bildirib. 

Görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

XQ

Son xəbərlər