Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 404 Bakı şəhəri, 4 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli yığma komandaların maddi-tex­niki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Preziden­tinin “Qanın, qan komponentlərinin do­norluğu və qan xidməti haqqında” Azər­baycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 263 nömrəli, “Yetkinlik yaşına çatmayan­ların baxımsızlığının və hüquq pozuntula­rının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 274 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə­nin, nazirliyin strukturunun təsdiq edil­məsi və aparatının işçilərinin say həddi­nin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli, “Bədən tər­biyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikası Döv­lət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə­nin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Torpaqların döv­lət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barə­də” 2011-ci il 15 fevral tarixli 382 nömrəli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 20 aprel tarixli 414 nömrəli və “Dağınıq skleroz xəstəliyinə tutul­muş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanu­nunun tətbiqi barədə” 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanlarında dəyi­şiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2227 nömrəli Fərmanının icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəra­ra alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1073; 2010, № 4, maddə 354; 2014, № 9, maddə 1137; 2016, № 9, maddə 1585; 2017, № 3, maddə 495, № 4, maddə 643; 2020, № 10, maddə 1294; 2021, № 9, maddə 1087; 2022, № 8, maddə 1023; Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2023-cü il 4 sentyabr tarixli 302 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı Qaydası”nın 4.6-cı bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Böl­mələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları