Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 403 Bakı şəhəri, 4 noyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsin­də iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət əmlakı­nın özəlləşdirilməsi haqqında” Azərbay­can Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbay­can Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 aprel tarixli 2124 nöm­rəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 111; 2002, № 8, maddə 545; 2005, № 11, maddə 1076; 2006, № 5, maddə 472; 2009, № 10, maddə 846; 2022, № 3, maddə 289) ilə təsdiq edilmiş “Dövlət əmlakının özəlləşdirilməsində iş­tirak etmək üçün təqdim edilməli sənəd­lərin siyahısı və qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Bu Qaydaların 2.3-cü bən­dində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnfor­masiya Sistemi vasitəsilə müvafiq döv­lət orqanından (qurumundan) əldə edil­məsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edil­mir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olma­dığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumun­dan) tələb olunur və ya sifarişçi tərəfin­dən təmin edilir.”.

2. 2.6-cı bəndin birinci cümləsinə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.3-1-ci bəndinin müd­dəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları