Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 189 Bakı şəhəri, 7 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2020-ci il 29 iyul tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqo­riyalarına aid edilməsi Qaydaları”nda və 2020-ci il 29 iyul tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılma­sı üzrə Ekspert Şurasının Əsasnamə­si”ndə dəyişiklik edilməsi barədə

“Media haqqında” Azərbaycan Res­publikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 267 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 997; 2022, № 5, maddə 556) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qayda­ları”nın 1.5-ci bəndində “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 269 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 999; 2022, № 5, maddə 557) ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nin 1.3-cü bəndin­də və 3.1.2-ci yarımbəndində “Milli Televi­ziya və Radio Şurasının” sözləri “Audiovi­zual Şuranın” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları