Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 187 Bakı şəhəri, 6 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziya­ların rəhbər işçilərinin, inzibati-təsər­rüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” 2006-cı il 23 iyun tarixli 157 nömrəli və “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqla­rın təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2023-cü il 13 yanvar tarixli 8 nömrəli qərarlarında dəyişiklik edilmə­si barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 792-VIQD nömrəli Qanunu­nun icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilə­rinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştat­ları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun ta­rixli 157 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 581; 2007, № 2, mad­də 185; 2009, № 10, maddə 857) aşağı­dakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “İn­ternat məktəblərinin, internat tipli lisey­lərin və gimnaziyaların” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil mək­təblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, inter­nat tipli liseylərin və internat tipli gimnazi­yaların” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “İn­ternat məktəblərinin, internat tipli liseylə­rin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları” üzrə:

1.2.1. adında “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyala­rın” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəb­lərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

1.2.2. “Qeydlər.” hissəsi üzrə:

1. 1-ci bəndin birinci abzasında “in­ternat məktəblərində” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil mək­təblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, inter­nat tipli liseylərdə və internat tipli gimna­ziyalarda” sözləri ilə və ikinci abzasında “internatda, internat tipli liseydə və gim­naziyada” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbin­də, internat tipli sanator ümumtəhsil mək­təbində, internat tipli liseydə və internat tipli gimnaziyada” sözləri ilə, “internatda” sözü isə “həmin təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;

2. 3-cü bənddə “internat məktəblərin­də, internat tipli liseylərdə və gimnaziya­larda” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəb­lərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

3. 4-cü bənddə “Sanatoriya tip­li internat” sözləri “İnternat tipli sanator ümumtəhsil” sözləri ilə əvəz edilsin;

4. 7-ci bənddə “İnternat məktəbi, in­ternat tipli liseylər və gimnaziyalar” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbləri, internat tipli sa­nator ümumtəhsil məktəbləri, internat tipli liseylər və internat tipli gimnaziyalar” söz­ləri ilə əvəz edilsin;

5. 8-ci bəndin birinci cümləsində “İn­ternat məktəblərində, internat tipli lisey­lərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil mək­təblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, inter­nat tipli liseylərdə və internat tipli gimna­ziyalarda” sözləri ilə və ikinci cümləsində “internat məktəblərində” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil mək­təblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, inter­nat tipli liseylərdə və internat tipli gimnazi­yalarda” sözləri ilə əvəz edilsin;

6. 9-cu bəndin birinci, beşinci və al­tıncı abzaslarında “internat məktəblərin­də” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəb­lərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

7. 10-cu bənddə “internat məktəblə­rinə, internat tipli liseylərə və gimnazi­yalara” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinə, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəb­lərinə, internat tipli sanator ümumtəhsil məktəblərinə, internat tipli liseylər və in­ternat tipli gimnaziyalara” sözləri ilə əvəz edilsin;

8. 11-ci bənddə “İnternat məktəbi­nin, internat tipli liseyin və gimnaziyala­rın” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəb­lərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

9. 13-cü bənddə “internat məktəblə­rində, internat tipli liseylərdə və gimnazi­yalarda” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziya­larda” sözləri ilə əvəz edilsin;

10. 14-cü bənddə “İnternat məktəbin­də, internat tipli liseylərdə və gimnaziya­larda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasi­ya təlimli internat tipli ümumtəhsil məktəb­lərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

11. 15-ci bənddə “internat məktəbləri­nin” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəb­lərinin, internat tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli liseylərin və internat tipli gimnaziyaların” sözləri ilə əvəz edilsin;

12. 16-cı bənddə “Orta internat mək­təblərində, internat tipli liseylərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəh­sil məktəblərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin;

13. 18-ci bənddə “İnternat məktəblə­rində, internat tipli liseylərdə və gimnazi­yalarda” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasi­ya təlimli internat tipli ümumtəhsil məktəb­lərində, internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 129) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”­nın 2.3.5-ci və 2.5.5-ci yarımbəndlərində “ümumtəhsil internat məktəblərində” söz­ləri “internat tipli ümumi təhsil müəssisələ­rində” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları