Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 162 Bakı şəhəri, 23 may 2023-cü il

Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211, № 5, maddə 658; 2016, № 8, maddə 1456, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2021, № 12, maddə 1542; 2022, № 8, mad­dələr 973, 979, 1020) ilə təsdiq edil­miş “Bağlaşma əsasında həqiqi hər­bi xidmətə daxilolmanın halları və Qaydası”na aşağıdakı məzmunda 3.12-1-ci və 3.23-1-ci bəndlər əlavə edilsin:

“3.12-1. Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini da­vam etdirmək üçün seçilmiş hərbi qul­luqçularla (kadr zabit heyətinə keçiril­miş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıl­dıqdan sonra onlar həmin vəzifələrə təyin edilirlər. 

3.23-1. Bu Qaydanın 3.12-1-ci bəndində göstərilən qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları