Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 22-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkənlərin ifadələri dinlənilib. Məhbubə Bəbirxanova, Elmira Həsənova, Səadət Həşimova, Arzu Bədəlova, Bəsirə Soltanova, Ceyran Muxtarova 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüklərini, işğal zamanı qohumlarımdan şəhid və yaralılar olduğunu söyəyiblər.
Muxtar Həşimov 1992-ci il mayın 18-də Laçın rayonundan məcburi köçkün düşdüyünü, özünün və körpə qıznın yaralandığını deyib. Adil Ələskərov Füzuli şəhərindən, Mehman Məmmədov Qubadlı, Vahid Musayev, Laçın, Allahverdi Allahverdiyev isə Zəngilanın rayonlarından məcburi köçkün düşüblər.
Ağdamın Ətyeməzli kəndindən Sərxan Abbasov deyib ki, o, 1992-ci ilin fevralında Xocalı faciəsi zamanı şəhərdən 28 meyit çıxarıb. Laçın rayonundan Sədrəddin Məmmədov qeyd edib ki, yaralan, şəhid olan doğmaları, yaxınları var. Ramiz Təhməzov və Rəhim Cabbarov Qubadlıdan, Fizuli Paşayev və Firad Həsənov Zəngilandan məcburi köçkün düşüblər.
Zərərçəkmiş şəxs Eldar Rüstəmov 1992-ci ilin mayında Şuşada o, başından və belindən yaralanıb. Qubadlıdan məcburi köçkün Elçin İsgəndərov qohumları Eldəniz, İlham, Şirin, Vidadi, Savalan və digərlərinin şəhid olduqlarını deyib. Bəxtiyar Məmmədov 1993-cü ildə Füzuli rayonunda amətdə yaralanıb. 1993-cü ilin iyulunda Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşən Fizuli Nəcəfi ailəsinin 4 şəhid verdiyini söyləyib.
Zərərçəkmiş şəxslər Ülfət Rəcəbov, Pərviz Həsənov, Rasim Hüseynov, Mehman Rzayev, Əlixamin Əsədov 1992-ci Laçın rayonunundan məcburi köçkün düşdüklərini vurğulayıblar. Qətibə Həziyeva, Xaliq Məmmədov və Elxan İmanov Füzuli rayonundan, Pərvanə Xəlilova və Nadir Səfərov isə Ağdam rayonundan məcburi köçkün düşdüklərini deyiblər. Xəyal Məmmədhəsənov, Həbibə Abbasova, Surxay Hüseynov, Əli Nəcəfov və Hafiz Ağakişiyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.
Zərərçəkmiş Səxavət Namazov qeyd edib ki, 1993-cü ildə Füzulinin Gorazıllı kəndindən məcburi köçkün düşüb. Füzuli rayonundan Əjdər Quliyev oğlu və əmisi oğlu da olmaqla, 12 sakinin həyatını itirdiyini bildirərək deyib. Novruz Novruzov Xocalı hadisələri zamanı Ağdam məscidinin qarşısına çox sayda meyitin gətirildiyini gördüyünü vurğulayıb.
Səkinə Xəlilova Xocalı soyqırımının şahidi olduğu qırğından söz açıb. O deyib ki, böyük oğlu Cəbrayılda ağır yaralanıb, digər oğlu Xocalı faciəsində 22 yaşında qətlə yetirilib. Anar Səfərov bildirib ki, 1989-cu ildə ermənilər Əsgəranda 2 sinif yoldaşını erməni polislər qətlə yetirib.
Zərərçəkmişlər məhkəmə iclasında, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.
XQ