Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilmişdir.
İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim
əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 avqust 2025-ci il