Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

post-img

Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqı­nıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xalqlarımızı ənənəvi dostluq mü­nasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərara­sı əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbay­can ilə Misir arasında dostluq və əmək­daşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möh­kəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möh­kəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-a­manlıq və rifah diləyirəm. 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2023-cü il

Məktublar