Prezidentin Mətbuat Xidmətinin məlumatı

post-img

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. 

Dövlətimizin başçısı Şavkat Mirziyo­yevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəa­liyyətində yeni uğurlar, möhkəm can­sağlığı arzulayıb. 

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

Söhbət zamanı Azərbaycan-Özbə­kistan dostluq və qardaşlıq münasibət­lərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Dövlət başçıları əlaqələrimizin bun­dan sonra da hərtərəfli inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, yaxın gələcəkdə Şavkat Mirzizoyevin Azərbaycana döv­lət səfərinin gözlənildiyi vurğulanaraq, bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifa­də edilib.

Rəsmi xronika