İtaliya səması altında “Məhəbbət əfsanəsi”

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə İtaliyanın Genuya şəhərində keçirilən “Nervi Rozza Music Ballet Festival”ında iştirak edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini açıq səma altında, möhtəşəm səhnədə nümayiş etdirib.

Nazirlikdən bildirilib ki, Azərbaycan mədəniyyəti və klassik ba­let tarixində böyük mədəni hadisəni seyr edənlər arasında Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierance­lo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini və digər mötəbər qonaqlar yer alıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Te­atrının balet truppasının İtaliyada növbəti çıxışı avqust ayında Are­na de Veronanın səhnəsində keçiriləcək.

XQ

Mədəniyyət