62 min şagirdin 8 ən biliklisi

post-img

Artıq 7-ci ildir ki, Elm və Təhsil Nazirliyi “Kapital Bank”ın dəstəyi ilə Respublika Fənn Olimpiadaları keçirir. 

Ötən tədris ili üzrə keçirilən olimpiada qaliblərinin mü­kafatlandırma mərasimi yaddaqalan olub. Respublika Fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medal­çıya, eləcə də bütün qaliblərə diplom və mükafatlar təqdim edilib.

Xatırladaq ki, tədris ili üzrə, ümumilikdə, 62 mindən çox şagird olimpiadada iştirak üçün qeydiyyatdan keçib. Ya­rışma 8–11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə və 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar. 10 min 997 şagird həlledici mərhələdə iştirak etmək hüququ qazanıb. Finala keçən 1000-ə yaxın şagirddən 491 nəfəri qalib olub. Onlardan 244 nəfəri bürünc, 163 nəfəri gümüş, 84 nəfəri isə qızıl medal qazanıb.

XQ

Mədəniyyət