Hulusi Kılıçın “Zəfər” sevdası

post-img

Sumqayıt Dövlət Dram Teatrında "44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

Teatrın foyesində təşkil olunan tədbirdə öncə Vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra təqdimatın moderatoru, Əməkdar artist Cəlal Məmmədov kitab və müəllifi haqqında ətraflı məlumat verdi. Xatırlandı ki, Hulusi Kılıçın həm Azərbaycanda, həm də daha sonra Moldovada səfir kimi fəaliyyət göstərdiyi dövrlərdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətləri olub. İkinci Qarabağ savaşında ölkəmizin informasiya cəbhəsində mübarizə apardığı  gün ərzində Hulusi Kılıç baş verən hadisələrə dəfələrlə özəl münasibətini bildirib və müsahibələr verib ki, bu da haqq işimizin dünyaya çatdırılmasında xüsusi əhəmiyyət kəsb edib. Sonradan bu müsahibələr, çıxışlar toplanaraq kitab şəklində çap olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov, Veteranlar Şurasının sədr müavini, Əməkdar müəllim, Prezident təqaüdçüsü Ofeliya Babayeva, Sumqayıt Dövlət Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi, şair Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, Azərbaycan Televiziyası beynəlxalq əlaqələr departamentinin direktoru, siyasi icmalçı, “İmza” ictimai birliyinin rəhbəri Elnar Məmmədli, tanınmış psixiatr, tibb elmləri namizədi, Əməkdar həkim Mail Tağıyev ürək sözlərini söylədilər. ıxışlarda vurğulandı ki,  günlük Vətən müharibəsinin bir dəyəri də Azərbaycan–Türkiyə dostluğu və mərdliyini nümayiş etdirməsi oldu. Tariximizdə buna qədər kifayət qədər nümunələr göstərmək olar, bu dəfə də cəngavər əsgərlərimiz böyük türk ruhunun cəsarətini ortaya qoydular. Elə təqdim olunan kitabında da Hulusi Kılıçın şərh etmək istədiyi əsas ideya və fikir ondan ibarətdir ki, dostluq və qardaşlıq qandan gəlir və bu, sözdə deyil, əməldə özünü göstərməlidir. Natiqlər Xalqımızın həqiqi sevgisini qazanmış Hulusi Kılıçın daim iki qardaş ölkənin birliyi, Azərbaycanın mənafeyi naminə uğurlu və məqsədyönlü fəaliyyət göstərdiyini təqdir etdilər.

Görüşdən məmnunluğunu bildirən Hulusi Kılıç bütün Türk dünyasının əfər qürurunu yaşadığını söylədi. O dedi ki, Azərbaycanın günlük Vətən müharibəsi zamanı cismən Türkiyədə olsa da, ruhu və düşüncəsi cəbhədə idi. İnformasiya cəbhəsi isə diplomatik və siyasi bir cəbhədir. Vətən müharibəsi həqiqətlərini açıqlayan müsahibələrindən, düşüncələrindən ibarət bu kitabın satışından əldə olunan gəlir YAŞAT Fonduna köçürülür, şəhid ailələri və qazilər üçün sərf edilir.

Tədbirin davamı olaraq dramaturq Hafiz Ataxanlının qələmə aldığı, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi qəhrəmanlıq dramı “Missiya” tamaşası təqdim edildi və böyük maraqla qarşılandı.

Tamaşadan sonra ünlü diplomat səhnə əsərindən çox təsirləndiyini bildirdi, teatr truppasının peşəkarlığından çox razı qaldığını dedi. Hulusi Kılıç Azərbaycanın artıq yeni dünya nizamında öz mövqeyi olduğunu, beynəlxalq layihələrə evsahibliyi etdiyini, siyasi-diplomatik, mənəvi-hərbi, sosial-iqtisadi inkişaf trayektoriyasını qürurla vurğuladı, Diplomat qeyd etdi ki, işğaldan azad olunmuş bölgələrdə yeni iqtisadi rayon yaradılıb və Qarabağ gülüstana çevrilməkdədir. Aşkar görünür ki, Azərbaycanın əfəri bölgənin böyük intibah dövrünə rəvac verəcək.

Hulusi Kılıç bu payız 7 yaşını qeyd etməyə hazırlaşan Sumqayıt şəhərinin də abadlıq və quruculuq işlərini bəyəndiyini, burada ədəbi-mədəni mühitin dolğun olduğunu dilə gətirdi. 

Əli NƏCƏFXANLI

XQ

Mədəniyyət