Böyük Britaniya: Leyboristlərin lideri baş nazirdir

post-img

Son cümə günü Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilib. Məlum olduğu kimi, bu ölkənin artlq keçmiş baş naziri və 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak bu il mayın 22-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar vermişdi. 

İki gün əvvəl keçirilmiş seçkilərin nəticələrinə görə, Leyboristlər Partiyası böyük fərqlə qələbə qazanıb. Belə ki, 50 yerlik İcmalar Palatasında leyboristlər 410, mühafizəkarlar isə cəmi 118 yer qazanıblar. Bu, Böyük Britaniyada mühafizəkarların 14 illik hakimiyyətinin başa çatması deməkdir.

Maraqlıdır ki, yeni İcmalar Palatasında, həmçinin rekord sayda qadın deputat olacaq. Britaniya qanunvericiliyinə görə, ən çox yerə sahib olan partiyanın lideri Baş nazir seçilir və kral tərəfindən ona hökuməti formalaşdırmaq tapşırılır.

İkinci yeri tutan partiyanın lideri ana müxalifət lideri olur. Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak seçkilərin nəticələri bəlli olan kimi, siyasi rəqibini təbrik edib.

Böyük Britaniyada sonuncu ümumi seçki 2019-cu il dekabrın 12-də keçirilib. O vaxt Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası seçkilərdə qalib gəlib və partiya 43, faiz səs alaraq 35 mandat qazanıb. Mühafizəkarlar Partiyasının 44 yaşlı lideri Rishi Sunak Böyük Britaniyada Hindistan əsilli ilk Baş nazir olmuşdur.

R.Sunak əvvəllər Boris Consonun yaratdığı hökumətdə maliyyə naziri vəzifəsində çalışıb, Consonla fikir ayrılıqlarından sonra istefa verib və 2022-ci ilin oktyabrında partiyanın lideri və baş nazir seçilib.

Leyboristlər Partiyasının 1 yaşlı lideri Kir Starmer 2019-cu ildə partiyasının seçkilərdəki məğlubiyyətindən sonra 2020-ci ilin aprelində lider seçilib. Starmer əvvəllər Böyük Britaniya Krallığı Tacının Prokurorluğu Xidmətinin sədri vəzifəsində çalışıb. Seçicilərinə müraciət edən Starmer deyib ki, “dəyişiklik indi başlayır”.

Leyboristlər Partiyasının lideri Kir Starmer Kral  arlzdan kabineti formalaşdırmaq mandatı alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb. O, ölkə tarixində 58-ci baş nazirdir.

Yeri gəlmişkən, Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Kir Starmer vəzifəsinin ilk günündə əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planının icrasını dayandırıb.

“The Telegraph” qəzetinin cümə günü axşam saatlarında insayderlərə istinadla yaydığı məlumata görə, bu layihə “faktiki olaraq ölüdür”. Kir Starmer bu addımın atılacağı vədini seçki kampaniyası zamanı vermişdi.

Qanunsuz miqrasiya yeni hökumət üçün prioritet məsələdir. Son illər Böyük Britaniyaya on minlərlə miqrant gəlib. Onlar tez-tez kiçik qayıqlarla La-Manş boğazı boyunca riskli marşrutla hərəkət edirlər. Yeni daxili işlər naziri İvett Kuper cümə günü hökumətin ilk prioritetlərindən birinin sərhəd təhlükəsizliyini təmin etmək olacağını bəyan edib.

M.HACIXANLI

XQ

Dünya