“YARAT” müasir incəsənət məkanında rəssam, pedaqoq Aydan Salahovanın “Sükutun səsləri” adlı sərgisi açılıb. Bu qurumun sifarişi ilə hazırlanan sərgidə qlobal müstəvidə aktual olan məişət zorakılığı və onun qurbanlarının üzləşdikləri problemlər işıqlandırılır.
Rəssam bu silsilədən olan əsərlərində məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxularını və çarəsizliyini nümayiş etdirib. kspozisiyada ağlay daşından yonulmuş 1 nəhəng küpdən ibarət instalyasiya müxtəlif yerlərdə yaradıla bilən vizual sənət əsəri da təqdim olunur. Küplərdən çıxan səslər son 1 ildə baş vermiş ailə-məişət zorakılığının qurbanlarının faciəvi hekayələrini qısaca “danışır” və problemi əhatəli işıqlandırır. Bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.
Sərgi hər kəsi təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ edən dialoqa, anlaşmaya və həmrəyliyə səsləyir. Nümayiş etdirilən əsərlər hər kəsi qorxu və zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyət qurmağa dəvət edir. Sərgi dekabrın 30-na qədər davam edəcək. Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Bu tematik təqdimat Bakıda ilk irimiqyaslı muzey sərgisidir.
Aydan Salahova Moskvada açılan ilk müasir art salon olan “Pervaya Qalereya”-nın təşkilatçılarından və həmmüəlliflərindən biridir. Rəssam 199– 01-ci illərdə fəaliyyət göstərən “Aydan” qalereyasının təsisçisi olub. Soydaşımız 00-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. 00– 007-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, 007-ci ildən isə həqiqi üzvü seçilib. Aydan Salahova yaradıcılığında Şərqlə Qərbin qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın münasibətləri, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki obrazı mövzularını araşdırır. Dünya şöhrətli rəssam Tahir Salahovun qızı olan Aydanın müxtəlif illərdə İspaniya, Rusiya, Böyük Britaniya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə fərdi sərgiləri keçirilib. O, həmçinin çoxsaylı qrup sərgilərinin də iştirakçısı olub.
Fidan HÜQUQQIZI
XQ