May “Ulduz”u

post-img

“Ulduz”un Qərbi Azərbaycana həsr olunmuş may sayı Təhsil Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin birgə layihəsi əsasında işıq üzü görüb.

“Qafqazinfo” xəbər verir ki, jurnal ADPU-nun prorektoru, Dərələyəz, Keş­kənd icmasının rəhbəri, professor Ma­hirə Nağıqızı və tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun ön sözü ilə açılır.

Jurnalda ADPU-nun rektoru Cəfər Cəfərovun “Qərbi Azərbaycan İcması­nın yaranması tarixi zərurətdir”, Qərbi Azərbaycan İcmasının sədri, millət vəki­li Əziz Ələkbərlinin “Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir”, Misir Mər­danov və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu”, Akademik Abel Məhərrəmovun “Qərbi Azərbaycanın Ağbaba mahalı”, millət vəkili Musa Urudun “Zəngəzurun təhsil tarixi”, millət vəkili Məlahət İbra­himqızının “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” yazı­ları yer alıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyası tərəfin­dən işğalı və Qərbi Azərbaycan torpaq­larının ermənilərə güzəştə gedilməsi”, fizika elmləri doktoru, professor Bəx­tiyar Nəcəfovun “Atam haqqında xa­tirələr”, kimya üzrə fəlsəfə doktoru Na­zir Əhmədlinin “Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan”, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Əqidəsinə sadiq alim”, professor Hacı Həsənovun “XIX –XX yüzilliyin əvvəllə­rində Qərbi Azərbaycanda yürüdülmüş inzibati-ərazi idarəçilik siyasətinin ta­rixindən” yazıları qədim yurd yerimizin tarixini günümüzə daşıyır.

ADPU-nun filologiya fakültəsi­nin dekanı Könül Həsənovanın “Alim şair Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində qənaət prinsipinin linqvo­kulturoloji xüsusiyyətləri”, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Azərbaycan sevdalı, dünyaşöhrətli jurnalist – Leyla Vəkilli”, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfahət Avılbəylinin “Qərbi Azərbaycanın Qa­rabağı-Qaraqoyunlu”, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” yazıla­rını oxuculara təqdim edir.

Əməkdar mühəndis Nəbi Ramazan­lının “Loru-Pəmbək mahalı”, filologi­ya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-Lək”, Şumeroloq, biologiya elmləri doktoru Tariyel Azərtürkün (Əliyev) ”Nüvədinin uzaq-yaxın tarixi və daş yazılı abidəsi barədə”, “Bütöv Azərbaycan qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir”, İstanbul Uni­versitetinin doktorantı Dilqəm Əhmədin “İrəvanlı Cabbar Ərtürk”, yazıçı Yeganə Kərimzadənin “Bir köç gedir...” yazıla­rı oxucuları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış edir.

Jurnalın bu sayında Qərbi Azərbay­canla bağlı şeirlər yer də alıb.

XQ

Mədəniyyət