Nəsimi rayonundakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə böyük klassik, türkdilli ədəbiyyatıın yaradıcılarından olan Məhəmməd Füzuliyə həsr olunmuş mərasim keçirilib. Məktəbin 9-cu sinif şagirdləri dahi şairin “Rindü-Zahid” əsərini səhnələşdiriblər.
“Rindü-Zahid” fars dilində, nəsrlə yazılan, tərbiyəvi əhəmiyyətə malik əsərdir. Əsər iki baxışın dialoqu kimi də dəyərləndirilir. Burada gənclərin, yeniyetmələrin peşə seçimləri, onların elm və təhsilə yiyələnmələri tərbiyəvi baxımından yüksək qiymətləndirilir. Əsər ata və oğulun mükaliməsi əsasında qurulub. Ata Zahid, оğul isə Rinddir. Bu adlar özü оrta əsr ədəbiyyatında rəmzi məna daşıyırdı. Zahid tərki-dünyalıq, mühafizəkarlıq, riyakar dindarlıq, Rind isə bunun əksinə, həyat və gözəllikləri sevən, eyş-işrət, musiqi və gözəllik aşiqi bir şəхsiyyətdir. Bu iki müхtəlif cəbhənin nümayəndələri öz aralarında dövrün bir sıra məsələlərini müzakirə edir, mühakimələr yürüdürlər. Burada təkcə görüşlər tоqquşmur, ata-оğul dili ilə gedən mükalimədə nəsillərin qarşılıqlı münasibəti aydınlaşır.
Fidan SALMANOVA
XQ