Markesin “...sevgi qınağı” rusdilli səhnədə

post-img

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı mövsümün növbəti premyerasını təqdim edib.

Dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Kürsüdə əyləş­miş kişiyə sevgi qınağı” pyesi əsasında hazırlanan monotamaşa Xalq artisti Na­talya Şarovskayanın 65 illik yubileyinə həsr edilib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov və Olqa Abbasova “Kürsüdə əyləşmiş kişiyə sevgi qınağı”nın dekorasiya və ge­yim həllinin müəllifləridir. Səhnə əsərinin musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafı Olqa Arsentyeva, işıq rəssamı Nikolay Rudı­çevdir.

Tədqiqatçılar Markesin birpərdəli ye­ganə pyesini qadınlar üçün yazılmış əsər kimi dəyərləndirirlər. Tamaşa çox gənc yaşlarından dəlicəsinə aşiq olduğu gən­ci seçərək onunla qarşılıqlı sevgidən tam biganəliyədək bütün hissləri yaşamış, ar­tıq evliliyinin 25 illiyinə hazırlaşan Qadı­nın etiraf və qınaqları üzırində qurulub... 

Sənhə əsərinin sonunda Natalya Şarovskayaya Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının təbrik məktubları təqdim edilib. Yubilyar bu əlamətdar günü onunla bölüşən hər kəsə minnətdarlığını bildirib. O, Azər­baycanda doğulduğuna, yaşadığına və yaratdığına görə sevindiyini qeyd edib. Aktrisa, gözəl tamaşa üzərində işləyən həmkarlarına da təşəkkürünü bildirib.

GÜLCAHAN

Mədəniyyət