Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün yay düşərgəsinə start verilib.
Tərəflər arasında may ayında bağlanmış müqaviləyə əsasən reallaşdırılan layihə üzrə düşərgəyə 8–12 yaş aralığında olan 30 şəhid övladı istirahətə göndərilib. İyunun 5-dək davam edəcək layihədə əsas məqsəd şəhid balalarına diqqət və qayğının artırılması, onlarda sağlam həyat tərzinin təbliğidir.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının yadigarlarının vaxtlarını şən keçirmələri, gözəl istirahət etmələri, tarixi-coğrafi yerlərlə tanışlıqları, yeni məkanlar kəşf etmələri üçün düşərgədə hər cür şərait yaradılıb. Təşkilatçı qurumların, eləcə də ASAN könüllülərinin iştirakı ilə hazırlanan proqrama əsasən uşaqların Qəbələ şəhərinin görməli yerlərində gəzintiləri, əyləncəli oyunlar, futbol matçı, tarixi yerlərə səyahətlər təşkil olunur.
XQ