Zinət əşyalarımızın ABŞ təqdimatı

post-img

ABŞ - Azərbaycan Ticarət Palatasında (USACC) Kanadada yaşayan Aynur Cahanın milli motivlər əsasında hazırladığı zinət əşyalarından ibarət kolleksiya nümayiş etdirilib. 

Təqdimatda ABŞ ictimaiyyət nü­mayəndələri və Vaşinqtonda yaşayan azərbaycanlılar iştirak ediblər. Palata­nın icraçı direktoru Natiq Baxışov Aynur Cahanın əsasən milli motivlərdən ibarət bəzək əşyalarını xüsusi zövqlə hazırladı­ğını diqqətə çatdırıb.

Xaricdə yaşadığı dövrdə Azərbay­cana aid naxışlardan ibarət kolleksiya yaratmaq arzusunda olduğunu bildirilən Aynur Cahan deyib ki, nəhayət, istəyi­ni reallaşdırıb. Bu naxışlar, əsasən, Azərbaycan xalçaları üzərində olan mo­tivlərdir: “Yaratdığım kolleksiyalardan birinin üzərində Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidinin motivləri əks olu­nub. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz məni o qədər fərəhləndirdi ki, belə bir kolleksiya ərsəyə gətirməyə qə­rar verdim”.

Qonaqlar kolleksiyalarla yaxından ta­nış olublar. Aynur Cahanın bəzək vurdu­ğu zinət əşyaları xaricdə Azərbaycan tət­biqi incəsənəti barədə təsəvvürləri daha da genişləndirib, əsrarəngiz motivlərin özəl hekayələri heyranlıq yaradıb. 

XQ

Mədəniyyət