Türkiyədə “Naxçıvan fotolarda” sərgisi

post-img

Türkiyənin İğdır şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi açılıb.

Türkiyə Cümhuriyyəti Naxçıvan Baş Konsulluğunun, “Şərq qapısı” qəzetinin və İğdır Azərbaycan Evinin birgə təşkil etdiyi ekspozisiyada qəzetin fotoqrafları  Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının muxtar diyar həyatının müxtəlif sahələrindən lentə aldıqları, onun tarixini və bugününü əks etdirən şəkillər yer alıb. 

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, İğdır vilayət valisi Ercan Turan,  Xarici İşlər Nazirliyi Naxçıvan İdarəsinin rəisi Vüsal Ələkbərli, İğdır millət vəkili Cantürk Alagöz, Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, İğdır Azərbaycan Evinin rəhbəri və Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acar çıxış edərək qonşu vilayətlər arasında mədəni əlaqələrin önəmini vurğulayıblar. Onlar Naxçıvanda muxtariyyətin yaranmasında qardaş Türkiyənin misilsiz dəstəyini qədirbilənliklə yad ediblər.

Səbuhi HƏSƏNOV

XQ

Mədəniyyət