Kəngərli rayonunun  20 yaşı tamam oldu

post-img

Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılmasından 20 il keçir. Bu münasibətlə keçirilən ümumrayon şənliyində rayonun yardılmasının tarixi önəmi və ötən dövrdə qazanılmış uğurlar diqqət mərkəzində olub.

Rayon mərkəzinin Mədəniyyət Sarayının foyesində təşkil edilmiş əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi nailiyyətlərin ekranına çevrilib. Təntənəli mərasimdə isə Kəngərli Rayon İcra hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, Prezidentin imzaladığı Azərbaycan Respublikasının 2004-cü il 19 mart tarixli Qanununa əsasən, yaradılmış Kəngərli rayonu bu gün muxtar respublikanın inkişaf etmiş inzibati vahidləri sırasındadır. Ötən 20 ildə dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı gənc Kəngərli rayonuna əsrə bərabər inkişaf qazandırıb. 

AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Məmmədov və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Abbas Qasımov Kəngərli rayonunun  yerləşdiyi ərazinin tarixi və çağdaş durumu barədə söhbət açıblar. Mərasim Mədəniyyət şöbəsinin hazırladığı konsert proqramı ilə davam edib.

Səbuhi HƏSƏNOV

XQ

Mədəniyyət