Milli qadın geyimlərinin tacı

post-img

Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin inkişafı və təbliği məqsədilə görülən işlər mədəni həyatımızı mənalandırır. Bu baxımdan ölkəmizdə kəlağayı sənəti­nin qayğı ilə qorunması da diqqətçəkəndir. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitə­sinin 2014-cü ildə keçirilən iclasında bu sənət “Kəla­ğayı simvolizmi və ənənəvi sənəti” adı ilə beynəlxalq qurumun Reprezentativ Siyahısına daxil edilib.

Hər il noyabrın 26-da Azərbaycanda Kəlağayı Günü qeyd edilir. Bu il hə­min gün 10-cu yubiley ilinə təsadüf etdiyi üçün indidən bayram ruhlu layihələrin hə­yata keçirilməsinə başlanıb. Elm və Təhsil Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi Po­eziya Məclisi” İctimai Birliyi­nin təşəbbüsü və təşkilatçılığı ilə düzənlənən tədbirlər ali təhsil ocaqlarını əhatə edir. Artıq BDU-da, ADMİU-da və MDU-da “Sazlı-sözlü kəla­ğayı günləri” uğurla keçib. Növbəti mərasim Sumqayıt Dövlət Universitetində (SDU) təşkil edilib. 

Azərbaycanda qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərə gedib çıxır. Bəzi bölgələrdə kəlağayıya çarğat da deyi­lir. Təbriz, Ərdəbil, Şamaxı, Gəncə, Şuşa, Şəki, Ordubad və İsmayıllı (Basqal kəndi) ra­yonları bu ipək baş örtüyünün istehsalı ilə tanınıb. Kəlağayı üçün çeşidli bitkilərən – su­maq, zirinc, narinc, cır alma, zəfəran, qarağatdan boyaqlar hazırlanır. “Şah buta”, “Saya buta”, “Xırda buta” çeşnilə­rindən istifadə olunur. Adətən yaşlı qadınlar tünd, geniş öl­çülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik kəlağayılar örtürlər. 

SDU-da keçirilən məra­simin əvvəlində iştirakçılar Kəlağayı Muzeyində qorunan qədim nümunələrdən ibarət sərgi ilə tanış oldular. Sonra universitetinin prorektoru do­sent Elmar Xəlilov milli ge­yimlərimizin tacı olan bu baş örtüyünün ana və bacılarımı­za çox yaraşdığını vurğuladı. 

Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Bir­liyinin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru və “Saz­lı-sözlü kəlağayı günləri” la­yihəsinin rəhbəri, şair, publi­sist Güllü Eldar Tomarlı çıxış etdi. O bildirdi ki, layihədə məqsəd milli-mənəvi dəyərlə­rin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılması­dır. Kəlağayının Azərbayca­nın milli-mənəvi dəyərlərində yeri, tarixi, istehsal ənənələri, naxış növləri haqqında məlu­matlar maraqla dinlənildi. 

Tədbir tələbələrin ha­zırladığı ədəbi-bədii hissə ilə davam etdi, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirildi. Qeyd olundu ki, Azərbaycan kəla­ğayısının Birinci vitse-pre­zident Mehriban Əliyevanın sayəsində dünyada tanıdıl­masının və UNESCO-nun Qeyri-maddi mədəni irs si­yahısına daxil edilməsinin 10 illiyi ərəfəsində bu kimi yaddaqalan məclislərin keçi­rilməsi təqdirəlayiqdir. 

Layihə üzrə növbəti məcli­sin Bakının Yasamal rayonun­dakı Heydər Əliyev Mərkəzin­də keçirilməsi nəzərdə tutulur. 

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət