Britaniya Milli Kitabxanasında görüş

post-img

Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Britaniya Milli Kitabxanasında bu bilik məbədinin rəhbərliyi ilə görüşüb.

Kitabxananın baş direktoru Roly Ke­ating 2013-cü ildə Bakıda Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirakından söhbət açıb və iki kitabxana arasında əməkdaşlığa dair memorandu­mun imzalanması məqsədilə təkliflərini təqdim edib.

Britaniya Milli Kitabxanasında görkəmli Azərbaycan şairləri Niza­mi Gəncəvinin, Məhəmməd Füzulinin, Xaqani Şirvaninin, Şah İsmayıl Xətainin, Məhəmməd Hadinin və digər klassiklə­rimizin qiymətli əlyazmalarının saxlan­dığına diqqət çəkilib, onların tədqiqi və elektron nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstə­rilməsi xahiş olunub.

Mədəniyyət Nazirliyinin müşaviri El­çin Mustafayev bu il may ayının əvvəl­lərində Bakıda Beynəlxalq Mədəniyyət Tədbirinin – “VI Bakı Beynəlxalq Mədə­niyyətlərarası Dialoq Forumunun” keçi­riləcəyini bildirib və Mədəniyyət Nazirliyi­nin rəhbərliyi adından kitabxana heyətini həmin tədbirə dəvət edib.

Görüşün sonunda nümayəndə heyəti Britaniya Milli Kitabxanası ilə tanış olub.

Ə.ƏLİYEV
XQ

Son xəbərlər