Beynəlxalq Türk Dili Gününün yaradılması təklif edilib

post-img

UNESCO Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz Beynəlxalq Türk Dili Gününün yaradılmasını təklif edib.

Bu barədə Öcal Oğuz ADA Univer­sitetində keçirilən “UNESCO perspekti­vindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması” adlı konfransda çıxışı zamanı məlumat ve­rib. O, konfransa evsahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib. 

Öcal Oğuz çıxışında rəhbərlik etdi­yi komissiya ilə Türk dövlətləri arasın­da əməkdaşlıq perspektivləri barədə danışıb. O, çıxışında Beynəlxalq Türk Dili Gününün yaradılmasının vacibliyi­ni vurğulayıb və deyib ki, belə bir vahid dil ölkələri daha da yaxınlaşdıracaq: “Bu gün Beynəlxalq Fransız Dili Günü, Ərəb Dili Günü qeyd olunur. Biz də Beynəlxalq Türk Dili Gününün qeyd olunması üçün işləməliyik”.

O deyib ki, UNESCO Türkiyə Milli Ko­missiyası bu təşəbbüs üzərində işləyir.

XQ

Son xəbərlər