NASA: Yerə doğru sürətlə irəliləyən asteroid təhlükəsiz məsafədən keçəcək

post-img

ABŞ-ın Aerokosmik Tədqiqatlar Agentliyi – NASA, bu həftə Yerə doğru yüksək sürətlə irəliləyən böyük ölçülü asteroid barədə xəbərdarlıq edib. 2022 YS5 adlandırılan bu göy cisminin 17 iyul tarixində Yer kürəsinin yaxınlığından keçəcəyi bildirilib.

Elm adamlarının hesablamalarına görə, diametri təxminən 36 metr olan asteroidin ölçüsü 10 mərtəbəli bina ilə müqayisə edilə bilər. NASA-nın yayımladığı məlumata əsasən, bu səyyar cismin hərəkət sürəti saatda 22,530 kilometr təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, asteroid Yerə təxminən 4 milyon kilometr məsafədən keçəcək. Bu, kosmik ölçülərlə götürüldükdə nisbətən yaxın hesab olunur. Bununla belə, NASA mütəxəssisləri qeyd edirlər ki, 2022 YS5 hələlik “potensial təhlükəli” asteroid kateqoriyasına daxil edilmir. Belə ki, bu status yalnız diametri 83 metrdən çox olan səyyar cisimlərə aid edilir.

NASA nümayəndələri ictimaiyyəti təşvişə düşməməyə çağıraraq bildiriblər ki, bu keçid təhlükə yaratmır və müşahidə üçün mühüm elmi fürsət kimi qiymətləndirilir.

Qeyd edək ki, 3 iyul tarixində isə Avropa Kosmik Agentliyi tərəfindən Günəş sisteminə daxil olan A11p l3Z (3I/ATLAS) adlı ulduzlararası obyekt qeydə alınıb. Alimlərin fikrincə, bu obyekt digər ulduz sistemindən gəlmiş kometaya bənzəyir və oktyabrda Marsın orbitindən keçməklə Günəşə yaxınlaşacaq.

Elm və texnologiya sahəsində baş verən bu cür hadisələr, kosmik fəzanın daim dəyişən və müşahidəyə ehtiyac duyan bir mühit olduğunu bir daha göstərir. NASA və digər agentliklərin apardığı elmi tədqiqatlar Yerin təhlükəsizliyi və gələcək nəsillərin qorunması üçün mühüm əhəmiyyət daşıyır.

S.ELAY

XQ

Maraqlı