Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Məlumatı DİN-in mətbuat xidməti yayıb.
Ümumi çəkisi 1 ton 480 kq olan 1985 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
P.ƏMİRCANOV
XQ