"Yeni İl Möcüzəsi"

post-img

Yeni Era Uşaq və Gənclər Teatrının uşaqlar üçün hazırladığı “Yenil İl Möcüzəsi” interaktiv şou tamaşası nümayiş olunub.

Tamaşada sevgi, dostluq və sülh kimi müsbət keyfiyyətlər ön plana çəkilir. Xain qəlbli qar kraliçası uşaqların şaxtabaya yazdığı arzularla dolu məktubu və sehirli əsanı oğurlayıb onların bayram keçirmələrinin qarşısını alır. Elflər(insanla dost olan məxluqlar) və qarqız uşaqlarla birlikdə ona mane olub əsanı və torbanı geri alırlar. Güclərini birləşdirərək kraliçanı yox edirlər. Sonda şaxtababa  yolkanı işıqlandırır və uşaqlarla birlikdə rəqs edib onları hədiyyələrlə sevindirir. Tamaşadan sonra balaca teatrsevənlər üçün  əyləncəli və hədiyyəli oyunlar keçirilib, qaliblər mükafatlandırılıb.

Qeyd edək ki, tamaşanı 3 seans olmaqla 900-dən artıq tamaşaçı izləyib. Rolları Əməkdar artist Bəhruz Haqverdiyev, Prezident mükafatçısı Zəminə Məmmədova, aktyorlar Anar Eyvazov, Səkinə Məmmədova, Aysu Babayeva, Cəbrayıl Nəbiyev və teatrın balaca aktyoru Hüseyn Məmmədov ifa ediblər. Səhnə əsərinin ssenari müəllifi və rejissoru Prezident mükafatçıları Həcərxanım Məmmədova və Səyyad Məmmədovdur.

Fidan
XQ







Mədəniyyət